KATİB (mirzə)
Röyada katib-hiyləgər bir kimsədir. Katib yazısını çirkin yazsa-tövbə edərək başqasına hiylə gəlməkdən çəkinər. Yuxuda özünü yaxşı bir katib kimi görmək-röya sahibi başqa birisinin işindən dolayı suçlanacaq və bu səbəbdən çox sıxıntılar çəkəcək, heç bir fayda görməyəcəkdir. Xəstələr üçün bu röya ölümə yozulur. Katib yuxuda, eyni zamanda, qadın dərzisinə də işarə sayılır. Əkinçilər üçün mirzənin qələmi-onların kotanıdır. Röyada dövlət başçısının katiblərini görmək, yaxud onların yerində özünü görmək-işinizdə yüksələcəksiniz.
Tarix: 13.03.2014 / 13:47 Müəllif: Ebulfez Baxılıb: 45 Bölmə: K hərfi
loading...