Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KABAB

Röyada kabab görmək-ruzi, güzəran müjdəsidir. Bişməmiş kabab-röya sahibinin cocuğu tərəfindən gələcək bir tasaya, üzüntüyə yozulur. Qızarmış yağlı quzu kababı-çoxlu var-dövlətə; quzu arıqdırsa-az mala, sıxıntı və çətinliklə əldə ediləcək ruziyə işarədir. Yuxuda quzu kababı yemək-övladının qazanc və mənfəətindən röya sahibinin güzəranı yaxşılaşacaq. Sığır kababı-qorxaq adam üçün əmniyyət , iman; hamilə qadın üçün-oğlan uşağı ilə müjdələnir. Mal və dana ətindən kabab-ucuzluğa və bolluğa işarədir. Oğlaq kababı-oğlan uşağını ifadə edir. Erkək dəvə ətindən kabab yeyən adamın oğlu olacaq. Dəvənin budlarından tutulmuş kabab-röya sahibinin qüvvətli və qüdrətli olacağına, ölüm təhlükəsindən qurtulacağına yozulur. Quş ətindən kabab yemək-bir qadından hiylə və fitnəylə gələcək haram mala; yetginləşməmiş quş ətindən kabab yemək isə o qadının şərəfli, hörmətli olacağına, eyni zamanda, zülmə, zəhmət və çətinliklə əldə ediləcək mala yozulur. Bütün heyvanların bud ətindən tutulmuş kabab-sıxıntıya, qəmə, kədərə və qadına işarədir. Kabab satın almaq-bir nəfəri pulla tutub öz işinizi gördürəcəksiniz. Dişi qoyun ətindən kabab yemək-röya sahibinin arvadı,anası, yaxud ailə üzvlərindən biri xəstələnəcəkdir.


Tarix: 13.03.2014 / 13:37 Müəllif: Ebulfez Baxılıb: 187 Bölmə: K hərfi
loading...