Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çılpaq qadın şəkillərinə baxmağın hökümü

Cavab:

Həmd Allaha məxsusdur.

Ey sual verən kəs, hər şeydən öncə bu böyük günahdan tövbə etməlisiniz. Çünki hər bir insan Qiyamət Günü öz əməllərinə görə hesaba çəkiləcəkdir. Allah təala buyurur: “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır”. (əl-İsra 17:36 )

Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:
“Göz zina edir və onun zinası baxmaqdır”. (Buxari, əl-İsti`zən 5774). Ona görə də bu əməlinizdən ixlasla (nəsuh tövbə) tövbə etməlisiniz. Bunun üçün aşağıdakıları etməlisiniz:
• Allahın sizi cəzalandırmasndan qorxaraq və Ona təzim olaraq bu günahdan əl çəkmək.
• Bu haram əməli işlədiyinizə görə şiddətli şəkildə peşmançılıq.
• Bu günaha bir daha qayıtmamaq üzrə sadiq bir əzm, qətiyyət.
Bilin ki, nəfsi bu haram işlərdən təzkiyə etmək və təmizləmək üçün bir sıra yollar mövcuddur. Onlardan, məsələn:
• Daima tövbə etmək
• Duaları çoxaltmaq
• Allahdan bağışlanma diləmək və Ona tövbəni çoxaltmaq
• Zikrləri davam etdirmək
• İtaət və saleh əməlləri artırmaq
• Çoxlu namaz qılmaq

Allah təala buyurur: “Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir”. (əl-Ənkabut 29:45)

“Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.” (əl-Hud 11:114)

Oturub-durmaq üçün özünüzə saleh mühit və xeyir işlərə təşviq edən saleh dostlar axtarın ki, xeyir işlər etməkdə sizə kömək etsinlər və bununla da bu cür şeylərdən uzaqlaşasınız. Bütün bu əməllər nəfsi saflaşdırır və təmizləyir və Allahı razı salmaqda sizə yardım edəcəkdir. Allah təala buyurur: “Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır.” (əl-Şəms 91:9)

Onu da bilməlisiniz ki, insan tövbəsində və duasında, ibadətində Allaha qarşı sadiq olarsa və öz nəfsinin şərrindən və şeytandan onu əmin aman etməsini Allahdan istəyərsə, Allah onu bu cür vəsvəsələrdən və şeytanın hiylələrindən hifz edər.

Allah təala buyurur: “Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər” (əl-Talaq 65:2)

Tövbə etməkdə və dinimiz İslamdan möhkəm tutmaqda Allah təalanın bizə kömək etməsini diləyirik.


Tarix: 19.11.2013 / 02:15 Müəllif: Akhundoff Baxılıb: 705 Bölmə: Islamda Cinsellik
loading...