Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Malena (film, 2000)

"Malena" (it. Malèna) — rejissor Cüzeppe Tornatorenin filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin musiqiləri
4 Sitatlar
5 Filmin heyəti
5.1 Film üzərində işləyənlər
5.2 Rollarda
6 Xarici keçidlər
6.1 Video
6.1.1 İzlə


Məzmun

Gözəl və dul qadın Malena kişilərin xəyalı və ən gözəl qadın simvoludur. Onun paxıllığını çəkən bütün qeybətçi qadınlar Malena haqqında çirkin şayiələr yaymağa başlayırlar. Kişilər isə onun hər addımını izləyir, ardınca düşür və Malena haqqında gözəl xəyallar qururlar. Lakin Malena heç kəsə bağlanmayaraq yalnız müharibədə olan ərinin cəbhədən qayıtmasını gözləyir.

Film haqqında
Film yeniyetmənin intim münasibətlərə baş vurması ilə əlaqədar ciddi tənqidlərə məruz qalmışdır. Filmin Şimali Amerikadakı distribütoru "Fine Line Features" şirkəti ekran işinin 17 dəqiqəsindən çoxunu kəsib çıxarmışdı. ABŞ-da nümayiş zamanı film heç bir uğur qazana bilmədi. Ancaq 2005-ci ildə art-haus həvəskarları üçün filmin Şimali Amerikada DVD-ləri işıq üzü görmüşdür.
Filmin ABŞ üçün olan versiyasında ciddi ixtisarlar edilmişdi. Filmdən çıxarılan kadrlar, əsasən, yeniyetmə baş qəhrəmanın Malena haqqında göz önünə gətirdiyi xəyallar idi. İxtisar zamanı yeganə saxlanılan erotik kadr yeniyetmənin Malenaya oxşar fahişə ilə olan kadrları olur.
Kişilərin şövqlə Malenaya baxması səhnəsi Mikelancelo Antonioninin "Macəra" filmi ilə səsləşir. Həmin filmdə aktrisa Monika Vitti eyni situasiyada çəkilmişdir.
Ennio Morrikonenin bu filmə yazdığı musiqi "Oskar" (2001) və "Qızıl qlobus" (2000) mükafatlarına namizəd olmuşdur.

Filmin musiqiləri
Inchini Ipocriti E Disperazione
Malèna
Passeggiata In Paese
Visioni
Nella Casa
Malèna (End Titles)
Linciaggio
Orgia
Il Ritorno
Bisbigli Della Gente
Ma L'Amore No
Casino Bolero
Altro Casino
Visioni (Fantasie D'Amore)
Cinema D'Altri Tempi
Ipocrisie
Pensieri Di Sesso
Momenti Difficili

Sitatlar
"Onu ilk dəfə görəndə mənim 13 yaşım var idi. Zaman keçdi. Mən çox qadınlara aşiq oldum. Bütün qadınlarla yaxın olanda onlar soruşurdular: mən onları xatırlayacağammı? Mən isə: "Hə, əlbəttə, mən sizi xatırlayacağam" – deyirdim. Lakin mənim heç vaxt unuda bilməyəcəyim qadın bu sualı məndən heç vaxt soruşmamışdı. Onun adı Malena idi".

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi: Luçiano Vinsenzoni
Ssenari müəllifi: Cüzeppe Tornatore
Rejissor: Cüzeppe Tornatore
Operator: Layoş Koltai
Bəstəkar: Ennio Morrikone
Prodüser: Harvi Veynşteyn

Rollarda
Monika Belluççi – Malena Skordiya
Cüzeppe Sulfaro – Renato Amorozo
Luçiano Federiko – Renatonun atası
Matilda Piana – Renatonun anası


Tarix: 22.02.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 409 Bölmə: Filimler
loading...