Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Geniş bağlanmış gözlərlə (film, 1999)

"Geniş bağlanmış gözlərlə" (ing. Eyes Wide Shut) — rejissor Stenli Kubrikin filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda
4 Tənqidçilərin fikirləri
5 Xarici keçidlər
5.1 Video
5.1.1 İzlə


Məzmun

Nyu-Yorkda Yeni il qabağıdır. Kübar axşamlar və maskaradların olduğu vaxtdır. Tanınmış həkim Bill Harfordun arvadı açıq-aşkar ərinə etiraf edir ki, onun başqa kişiylə intim əlaqədə olmaq fikirləri var. Harford təlaşa düşür. Arvadının bu etirafı onun sevgi cəbhəsində axtarışlara çıxmasına təkan verir. Əvvəl o, ölmüş pasientinin qızı ilə, sonra isə bir fahişə ilə tanış olur. Cavan kişi onunla mehmanxanada eşqbazlıq edir... Arvadına xəyanət etməyi fikirləşməyən Bill dəvətsiz və gizlicə qəribə bir kluba gəlir. Buradakı insanlar Venesiya karnavallarının maskalarındadırlar və anlaşılmaz ləhcədə danışırlar. Onların vaxtı son dərəcə əxlaqsız və azğın eyş-işrət məclisi sayəsində inkişaf edir. Görünür, bu klubda hansısa nüfuzlu bir şəxs var. Klubdakı bu mərasimin iştirakçıları Harfordu aşkara çıxarırlar. Lakin oradakı qızlardan biri onun əvəzinə cavab verməyi, klub üzvlərilə hesablaşmağı öz boynuna götürür.

Evdə arvadı Billə öz yuxusunu danışır. Bill ona qulaq asdıqca, yuxunun klubda gördüklərilə səsləşdiyini görür.

Filmdə göstərilənlər tamaşaçıya həkim Harfordun başına gələnlərin həqiqət, yoxsa xülya olduğunu dəqiqliklə çatdırmır.

Film haqqında
Film Artur Şnislerin 1925-ci ildə yazdığı "Arzu" (alm. Traumnovelle) əsəri əsasında çəkilmişdir.
Film Stenli Kubrikin kinoda son işidir.
Film rejissor Stenli Kubrikin ölümündən bir neçə ay sonra ekranlara çıxmışdır.
Film haqqında tənqidçilərin fikri müxtəlif idi. Bəziləri onu Stenli Kubrikin ən uğursuz filmi adlandırırdı. Başqa tənqidçilər isə bu filmi "sonuncu şah əsər" sayırdılar.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Artur Şnisler
Ssenari müəllifi : Stenli Kubrik, Frederik Rafael
Rejissor : Stenli Kubrik
Operator : Lerri Smit
Stedikam operatorları : Elizabet Ziqler, Piter Kavaçuti
Bəstəkar : Joslin Puk
Prodüser : Stenli Kubrik
Musiqisindən istifadə edilmiş bəstəkar : Dmitri Şostakoviç

Rollarda
Tom Kruz – Bill Harford
Nikol Kidman – Elis Harford
Sidni Pollak – Viktor Siqler
Mari Riçardson
Rade Şerbeciya – Miliç
Todd Fild – Nik Naytinqel
Vinessa Şou – Domino
Alan Kamminq
Skay Dümont – Şandor Şavost
Fey Masterson
Lili Sobeski – Miliçin qızı
Tomas Gibson – Karl Tomas
Medison Eqinton – Helena Harford
Lesli Loe – İlona Siqler
Culyen Devis – Amanda Karren (Mendi)

Tənqidçilərin fikirləri

Kubrikin son filmi onun başqa filmləri kimi Amerika kino tənqidçilərini müxtəlif fikirlərə saldı. Onlardan biri burada baş qəhrəmanın freydist daxili mənasında dəbdən düşmüş qarabasmasını görürdü. Başqasını isə Kubrikin ər-arvadın bir-birindən bezməsi problemini araşdırmasının bədii cəsarəti valeh etmişdi. Filmdəki hadisələrin çox gec inkişafı və Nyu-York küçə səhnələrinin gah Londonda, gah da studiyada çəkilməsi tənqid edilmişdi. Filmdə Nyu-Yorkda baş verən hadisələrdə real olmayan hisslər yerli kino tənqidçilərini Kubrikin işinə qarşı çıxarmışdı. "Demək olar ki, 35 il olmadığın şəhər haqqında film çəkmək çətindir" – deyə kinotənqidçi Hoberman istehza edirdi.

Lakin filmin pərəstişkarları deyirdilər ki, hadisələrin asta sürətdə inkişafı və real olmayan dekorlar tamaşaçıda yuxu görmək hissiyyatı yaradır. Bu da rejissor ideyasının bir hissəsidir. Filmin kino ictimaiyyəti tərəfindən ziddiyyətlə qarşılanması və çətin dərk edilməsi onu nüfuzlu mükafatlardan uzaqlaşdırdı.


Tarix: 19.02.2013 / 20:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 358 Bölmə: Filimler
loading...