Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sahə (film, 2010)

Məzmun

Məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol-nəqliyyat qəzasına düçar olduqlarından polis SAHƏ-sinə düşürlər. Burada, nişanlısına olan inamsızlığa istinad edərək fotoqraf öz daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkar edir. Uzun illər boyu onun qəlbində qadınlara qarşı qorxu hissi yaşayır. Bu SAHƏ-dən sağ-salamat çıxmaq üçün, o, burada öz qorxularını qoymalıdır.

Film haqqında
Film Azərbaycan (Narimanfilm) və Gürcüstanın (Georgiafilm, Bagirafilm) birgə işidir.
Çəkilişlər 16 sentyabr 2008-ci ildə başlamış və 25 noyabr 2008-ci ildə başa çatmışdır.
Film bütünlüklə Azərbaycanda 35 mm. kino lentinə çəkilmişdir.
Film layihəsi Kler Douns (ssenari müəllifi, Böyük Britaniya) və Cedomir Kolar (prodüser, Fransa) məsləhətləri əsasında İFA-SC treyninq proqramı çərçivəsində işlənib hazırlanmışdır.
Filmin janrı dram-müsibətdir, coğrafi mənşəyinə, universal mövzularına, misteriyaya görə, "art-house" hesab oluna bilməsinə baxmayaraq, kommersiya baxımından da güclüdür.
Film 2010-cu ildə Azərbaycandan 83-cü Oskar mükafatının "Xarici dildə ən yaxşı filmə görə" nominasiyasına göndərilmişdir.
Filmdə baş rolun ifaçısı Timur Oduşev 2010-cu ildə Oskar mükafatının 32-ci "Hollivudun gənc istedadları" mükafatına (32nd Young Artist Awards) layiq görülmüşdür.

Fikirlər
"Sahə" hekayəsi maraqlı janrlar kəsişməsini – fövqəltəbiilik ilə misteriyanı – özündə birləşdirir və bu da öz növbəsində diqqəti müasir münasibətlərdə olan təzyiq və dilemmalara yönəldir. Hadisələr Bakıda cərəyan edir və Bakı özlüyündə beynəlxalq auditoriya üçün böyük maraq kəsb edir.Belə ki, bu, xaricə səyahət edə biləcək hekayəni nəql etmə gücünə malik olan bir mədəniyyətdir və bu mədəniyyətə çox az kinematoqrafik baxış var. Bu, keçmişi indiki zamanda məskunlaşmasına mane olan bir insanın klassik hekayəsidir. Hadisələr tezliklə SAHƏ daxilində dramatik gərginlik və baş qəhrəmanın şəxsi travmasını üzə çıxaran keçmişin yavaş-yavaş aşkarlandığı bir zamanda, gözlənilməz dəyişikliyə hazırlıq yaradaraq, hər şeyin təklif olunduğu və heç nəyin aşkarlanmadığı sirli məkanda cərəyan edir. Bu keçmiş Azərbaycanda erkən fotoqrafiya sənətinə bir baxış yaradır və bu da hekayəyə cəlbedicilik qatır." (Kler Douns)
"Gürcüstanda keçirilən İFA-SC seminarı zamanı mənim "Sahə" filminin (ssenari müəlifi və quruluşçu rejissoru İlqar Safat olan və sizin kompaniyanın işləyib hazırladığı və istehsal etmək niyyətində olduğunuz) ssenarisini oxumaq imkanım olmuşdur. Böyük məmnuniyyətlə Sizə bildirirəm ki, mən bu ssenarinin son dərəcə maraqlı olduğunu hesab edirəm. Əla yazılmış, ölkənizin bugünki reallığına qeyri-adi yanaşmanı əks etdirən personajlar və süjet yaxşı işlənmişdir. Janrın ən yaxşı ənənələrinə söykənən bu hekayə dünya səviyyəsində çox geniş auditoriya kütləsi üçün nəzərdə tutulur və maraqlı beynəlxalq müvəffəqiyyətə imkanlar açır. "Tipik Azərbaycan filmindən nə gözləyərdik" kimi şablon ifadələrdən uzaq olaraq, bu film, müəyyən bir məkanda baş vermiş universal hekayəni yaratmağa imkan verir. Bu yolla, İlqar Safatın filmi yeni auditoriya və beynəlxalq mətbuatın, həmçinin dünyada keçirilən festivalların diqqətini cəlb etmək istiqamətində mühüm addım ola bilər." (Çedomir Kolar)
Auditoriya haqqında: Biz hesab edirik ki, filmin auditoriya kütləsi 25-54 yaş arası kişi və qadınlardan ibarətdir. Beynəlxalq bazarda auditoriya başlıca olaraq, Avropa art-house auditoriyası hesab olunsa da, bununla belə, filmin universal məkanına görə biz inanırıq ki, film daha geniş auditoriyanı cəlb edə biləcək.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : İlqar Safat
Quruluşçu rejissor : İlqar Safat
Quruluşçu operatorlar : Konstantin (Mindia) Esadze, Varlam Karçxadze
Quruluşçu rəssamlar : Rəna Əffəndi, Törəxanım Ağabəyova
Bəstəkar : Andrey Doynikov
Bədii rəhbər : Cəmil Quliyev
Prodüser : Nəriman Məmmədov
Ko-prodüserlər : Tamara Tatişvili, Arçil Menaqarişvili, Fina Qarber, Svetlana Slapke, Kriştof Kordeli, Konstantin Vitkin
Filmin direktoru : Leyla Dostəlizadə (Leyla Dostəli-zadə kimi)
Rəssam-dekorator : Törəxanım Ağabəyova
Geyim üzrə rəssam : Olqa Şabanova
Montaj : Levan Kuxaşvili, İlqar Safat
İşıq : Mamuka Tkeşelaşvili, Vaja Aprasidze, Bidzina Çikxaldze, Aleksandr Devdarlani
İkinci rejissor : Marlami Kulumboqaşvili
Meydança üzrə menecer : Səbuhi Məmmədov
Post-prodakşn meneceri : Rüstəm Şəfiyev
Səs rejissoru : İvan Ovsakov
Meydançada səs rejissoru : Teymur Kərimov
Küy tərtibatçısı : Sergey Fiqner
Səs effektlərinin dizaynı : Dmitri Vasilyev
Dolby məsləhətçisi : Mixail Nasonkin
Musiqi üzrə məsləhətçi : Lyubov Vvedenskaya
Mətnin düzülüşü : Eldəniz Rəsulov
Satış üzrə agent : Viki Antonopolu

Rollarda
Zaza Bejaşvili – Qərib
Melissa Papel – Səbinə
Vaqif İbrahimoğlu – polis rəisi
Timur Oduşev – Qəribin uşaqlığı
Məmməd Səfa – birinci polis
Fərid Bağırov – ikinci polis
Ramiz İbrahimov – İosif Davidoviç
Nina Rakova – Alina
Sonaxanım Mikayılova – Səbinənin anası
Ruslan İsmayılov – Pərviz
Müdhət Aydın – Topal (Midhət Aydınov kimi)
Debora Kidd – Cənnət
Anar Zeynalov – Akif
Rafiz Mehdizadə – Emil
Aleksandr Klimaşev – Seva
Aleksey Saprıkin – yaşlı müştəri
Rasim Cəfərov – gənc müştəri
Aleksandr Hakimov – həkim
Tərlan Manafov – qəribə məxluq
Dilarə Nəzərova
Kamran Rəfiyev
Zaur Məmmədov
Rəşad Babayev
Olqa Şabanova
Ləman Səmədova
Aslan Əlibəyov
Anar Salmanov
Marina Bakxadze
Eldar Cavadov
Rəhim Məmmədov
Ramin İsgəndərov
Dilavər Manafov
Vaqif Cavadov (II)
Aydın Bağırov
Elvin Əbdülrəhimov
Əli Məmmədov
Tərlan İsrafilov
Samir Mahmudov
Konstantin Kuznetsov
Geta Dodaşvili
Teymur Adilbəyov
Rəhman Məmmədov
Rövşən Abdullayev (II)


Tarix: 16.02.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 493 Bölmə: Filimler
loading...