Həqiqət keçilməz bir səddir.Jiddu Krishnamurti
İtaətkarlığın səbəbi qorxudur, bu isə ağlı kütləşdirir.
Ağrıların çarəsi ağrılardır. İztirab özü insanı əzab çəkməkdən xilas edir.
Azadlıq və sevgi bir-biri ilə bağlıdır. Sevgi münasibət demək deyil. Səni sevirəm, çünki, məni sevirsən, bu, sevgi deyil, bu, çox bəsit bir ticarətdir, bazardan mal almaq kimi. Əsl sevgi qarşılığında heç nə gözləmədən verilən sevgidir, nə isə verdiyini hiss etməməlisən və sadəcə bu sevgi azadlığa doğru aparır.
İnsan yalnız təbiətdən uzaqlaşanda məbədlər, kilsələr, məscidlər əhəmiyyət kəsb etməyə başlayır.
Sizə iki şeytanın hekayəsini danışmaq istərdim. Yol boyunca addımlayan iki şeytan qarşıdan gələn bir kişinin yerdən nə isə götürdüyünü və ona nəzər saldıqdan sonra cibinə qoyduğunu görürlər. Şeytanlardan biri «o kişi nə götürdü elə?” — deyə soruşdu. Digər şeytanın cavabı isə „bir parça həqiqət” oldu. “Onda bu sənin üçün çox pis işdir” — dedi şeytan. Cavab isə „Yox, tam olaraq elə deyil. Mən ona bu işi görməkdə kömək edirəm” oldu.
Təhsilə ehtiyac yoxdur. Təhsil o demək deyil ki, siz kitab oxuyur, imtahan verir və təhsilinizi bitirirsiniz. Bütün həyatınız boyunca — beşikdən qəbrə qədər öyrənməlisiniz.
Təbiətlə əlaqə kəsildikdə insanlıqla əlaqə kəsilir. Təbiətlə əlaqəsi olmayan insan qatilə çevrilir — qazanc üçün, idman, ərzaq, məlumat üçün körpə suitiləri, balinaları, delfinləri öldürür. Belə olduqda isə təbiət insandan qorxmağa başlayır və bizi öz gözəlliyindən məhrum edir. Artıq meşələrdə, düşərgələrdə saatlarla gəzintiyə çıxsa belə, bu insanın qatil olma gerçəyini dəyişmir və təbiətlə dostluğunu itirir. Təbiətə bağlılıq olmadığı halda ailəyə bağlılıq da olmaz.
Zorakılıq yalnız kimisə öldürmək deyil. Zorakılıq acı söz söyləmək, davranışları ilə insanları özündən uzaqlaşdırmaq, qorxu səbəbindən tabe olmaqdır. Yəni zorakılıq sadəcə Tanrı adına edilmir, cəmiyyət, ölkə adına edilir. Zorakılıq daha kəskin və dərin anlayışdır, biz bu zorakılığa tez-tez məruz qalırıq.
Əgər məsələnin özünü başa düşsək cavabı tapmaq asan olar, çünki cavablar suallardadır.
Tarix: 10.12.2014 / 15:55 Müəllif: Aziza Baxılıb: 193 Bölmə: Dahilerin sözleri