Qəzəbin yeganə dərmanı susmaqdır. (Sokrat:Yunan filosofu )
Ya sus ,ya da susmaqdan üstün bir söz söylə. (Pifaqor:Yunan riyaziyyatçısı)
Susmaq güclülərin gücü,zəiflərin sığınacağıdır. (Şarl de Qoll:Fransa hərbi və siyasi xadimi)
Susmaq alimə yaraşır,cahilin isə eyiblərini ört-basdır edir. (Hz.Muhəmməd)
Hətta başıboş adam da susanda müdrik görünür. (Hz.Əli ə.s.)
Susmaq təkzib edilməsi mümkün olmayan dəlildir. (Henrix Böll:Alman yazıçısı)
Ən yaxşı dinləyici susmağı bacarandır. (Fletçer Kristian:İngilis yazıçısı)
Susmaq o qədər gözəl mövzudur ki,onun haqqında saatlarla danışa bilərəm. (Uilyam Varner:İngilis şairi)
Sükut da bir növ danışmaq sənətidir. (Uilyam Hezlitt:İngilis publisisti)
Susmaq insanı ələ verməyən sadiq bir dostdur. (Konfutsi:Qədim Çin mütəfəkkiri)
Əvvəlcə üç dəfə fikirləş,sonra sus. (Anri Fransua Renye:Fransız şairi)
Həqiqəti söyləyirəm deyə çığır-bağır salmaqdansa,susmaq yaxşıdır. (Rene Dekart:Fransız filosofu)
Bəzən susmaq ən dəhşətli ittiham ola bilər. (Menandr:Qədim Yunan dramaturqu)
Dilin bəlasıdır uzunçu olmaq,
Ariflər işidir sükuta dalmaq. (Nizami Gəncəvi)
Tarix: 10.12.2014 / 11:57 Müəllif: Aziza Baxılıb: 104 Bölmə: Dahilerin sözleri