Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəyirman – Sarı güllər

Dəyirman – Sarı güllər Lyrics

Verse: L-Mir
Saatım dala qalıb qabağa getməkdənsə,
Biz ayrılırıq nədənsə…
Sənsə saniyələri sayırsan,
Yalandan göz isladıb ağlayırsan
Gözlərini yum , bir də duyum
Qurudu quyum, axı sən idin quyum
Biz dodaqlarımızla and içirdik,
Qaynar suyu üfürmədən içirdik
Həyat indi bənzəyir damın qırağına
Bərk yağış yağdı sevgi ocağına
Yayda nə çətir,mənə qışı gətir
Köçürüm vərəqə bir neçə sətir
Bu sevgi harda bitir göstərin o yeri,
Biz onsuz da qayıdan deyilik geri.
Hər bədii əsər bitər,sevgi itər,
Dözərəm bir təhər…

Nəqarət: Miri Yusif
Sarı güllər ömrümə düşən keder
Sarı gülər qəmlə gülümsər
Sarı güllər yoluma hicran səpər
Sarı güllər ayrılıq gətirər.

Verse: ABD Malik
Ümidim ayağıma dolaşıb yalvarır ki,
Buraxmayım səni ağlayır,
Vurur özünü qəlbin divarlarına
Deyir ki, sənsiz yoxdur həvəs olmağına
Son saniyələr sanki itər
Hürür, qovullar bizi kəlmələr
Tapılmır
Dil dolaşıb yaddaşa
Həyat deyir öl, ölüm deyir yaşa.
Nə olar getmə qal əzizim
Ömrüm-günüm axı sənsiz yetim
Gözlərində sual mənsiz yaşayarsan?
Dedim belə olsa qəbrimə gül qoyarsan
Ürəyimə vurdurma tattoo
Artıq ağrılara dözüm yoxdu
Biz sevgi bağında gülləri əkmişik
Sən demə sarı gül tumlarını səpmişik..

Nəqarət: Miri Yusif
Sarı güllər ömrümə düşən keder
Sarı gülər qəmlə gülümsər
Sarı güllər yoluma hicran səpər
Sarı güllər ayrılıq gətirər.


Tarix: 23.01.2015 / 14:35 Müəllif: Aziza Baxılıb: 302 Bölmə: Dəyirman
loading...