Dəyirman – Göbələk Lyrics
ABD Malik:
Qulaq as kiçikdən tutmuş böyügünə kimi
Sizinlə danışan ABD Malikdi
Çoxdandı deyirəm dediyimin ağasıyam
Dediyim fikirimdi təsbeh kimi fırladıram
Ustadıyam demirəm ondan bundan yaxşıyam
Əsəbiyəm əsəbimin səbəbin deyirəm
Səbəb yağışdı yağışın nəticəsidi
Nəticə səbəbdi səbəb göbələkdi
Göbələk çoxdu, adı sanı yoxdu
Kökünün batdığı yer yəqin ki poxdu
Çoxalıblar iydən durmaq olmur
Yetişirlər ağzına gələni danışırlar
Əti-məti elə bilirlər dəbdi
Soxun içinizə diliniz gödəkdi
Göbələksiz bu gün varsız sabah yoxsuz
Meşədəsiz yerinizi bilin
Miri Yusif:
Burdaki Miri Yusif micerofon arxasında
Təzə gələn göbələklərin qarşısında
Huk sağdan huk soldan vururam
Partladıram qurd kimi tapdalayıram
Hər bir yanda hər bir anda
Ayağım altımda çürümüş qulağımda
Ayaqqabımın içində, iylənmiş corabımda
Bakıda azəri rep səmasında
Göbələklər çıxıblar bu yağışın sonrasında
Dəyirman isə onların hamıların bərpasında
Ələkdən keçirib sirkələyirik **
Yoxdur dərman onların ifasında
Silahım micerofondu düşmənim ermənidi
Nifrət edənlər isə tfu göbələkdi
Hörmət salmayan böyük kiçik qanmayan
Keyf-keyf edib öz yerini tapmayan
Elşad Xose:
Növbəti məqam ,Xose verir təkan
Çoxdu bu gün rep aləmində təzə addım atan
Cür-bə-cür adlar cür-bə-cür ləqəblər
Külək hara əsirsə ora gedir ləpələr
Tər tök söz yaz mikrofona yaxın ol
Biz olaq nümunə sənətdə sadə ol
Olmusuz zibil kimi düşmüsüz küçələrə
Efirdir günahkar yer verib cücələrə
Kor gözünüzü repə açan bizik
Gecələr dinlədiyiniz kəs bizik
Məsləhət nümunə alırsız bizdən
Söz mətləbə çatanda çörəyiniz dizdə
Hər şey üzdədi şahiddir millət
Olubdur olacaq dəvədən böyük fillər
Sözdən bolam ensiklopedik lüğət kimi
Çətin də solam su görməyən gül kimi
Hərə bir zibil yazır tullanır ortaya
Boş şey vurur özünü o taya bu taya
Bu sənətdə cavansan öz üzərində işlə
Ekranda şir olmusuz milçəysiz işdə
Rep deyir bu saat ağıllıda gicdə
İşləyən dişləyər istəyirsən dişlə
Anar Abdulla:
Nəisə şəhərimiz şəhərdir? yoxsa meşə?
Qalmışam mat-məəttəl gündüzümüz gecədi
Mən qurdam, bəs meşə sakinləri kimlərdi?hə? -“Göbələkdir.”
Həə, göbələklər Onda söhbəti belə də davam edək
Bu mövzu ilə mənim yaralı yerimə toxunduz
Siz qoyun indi ürəyimin başına əriməyən buz
Bağbansız qalmış bir bağ kimi göbələklər aşıb daşır
Marağlısı ondadır ki,göbələklər göt-başına yaxır
Dünəni olmayan işimizə qarışır,çaşır
Günah sizdə yox bizdə
Bu günə kimi susmuşuq sıramızı izləmişik
Bəlkə ipivizi boş buraxmışıq,yatmışıq?!
Özümüzü bu sənətin yiyəsi davamçısı
Belədirki sözümüzü deyərkən mən arxayın dedim
Bu sənətin həm ustadı həm də rəssamı idim
Amma indi həyatıma haram qatan çox
Mənəm-mənəm deyən göbələklər də çox
Artıq çoxalıb sayı-hesabı yox
Unutma göbələyin yeri kölgə yeri ağac dibi ,ayağaltı
Deyəcəyim budur bu sənət nə balıq nə rəssam nə dəki hörümçək deyil
Amma əgər girişdinsə onda yerivi bil
L-Mir:
Belə çaşma göbələk!
Birləşdirilmiş mən öz gücümü
Deyəcəm sözümü yüzünü düzünü həə
Çalışki görməyəsən mənim bəd üzümü (çalış-çalış)
Yedizdirəcəm sənə mən indi öz üyüdümü
Bəlkə bəsdi? ətimi tökdüz (tökdüz)
Hansı dağın başından düşdüz? (düşdüz)
Göbələklər kimi düzülmüsüz mikrofon arxasına həə
Bir söz deyə bilmirsiz çatsın dadıma
Hardandı belə bularda cəsarət?
Bütün mahnıları alt-üst eliyiblər qarət
1,3,5 saymağa barmağlarım çatmaz
Belə heç yerə getməz belə yaramaz
Bu nə üstdü başdı? üst baş
Göbələklərə bənzəyirsiz
Əvvəl-əvvəl fikir vermirdik biz
Sürətini artırıblar elə bil qoydurublar motor
Sözümü deyirəm söz də yedizdirirəm (həri-həri-həri)
Kimin söhbəti var ünvanımı bilirsiz,gözləyirəm!
Dəns elə (x4)
Anar Nağılbaz:
Səpələ,bəbələrə bitməz hələ belədi məsələ
Düzələ ya bu misala bir məsələ
Həsr elə məsələn
Nədi və necə və harda bitir bu göbələk
Təpələr,dərələr,meşələr göbələk
Deyən elə deyib ki, tutub qrip ki,
O da çətin fəxrlə yata bilə gecələr
Gücənər qurd, düzələr zırt
Burunu axır sənin dilindən fırt
Rap deyil mırt, rap deyil bölüm
Təkcə deyil ölüm,məncə oxuma!
Şişirtmə çox, düşürsən qafiyələrlə ritmə yox
Ölç-biç deməy deyil ki, çək, iç
Sonra çırtma, çürüdü qurutma
Sözü yeni icad elə,sürtüşmə
Dürtüşmə,dartışma,şad elə
Yad elə, birinə də deyilməsin göbələk
Axı birik biz, axı bizik bu birlik
Biz dilimizi tutub , kimi yox bu balaca ölkədə ulduz
Bilsin Madonnalar, örnək olsun sadəliyə
Razıyıq, hamı yığışsın, dərnək olsun
Eliş şad eləsin !
Rap dəyirmanının nağılları,
Bir olaq, bir qalaq, Bir görək oğulları !
___________________________________________________________
Azraplyrics © 2014. Bütün hüquqlar qorunur.
Saytdakı materiallardan istifadə zamanı, istinad etmək mütləqdir.
Tarix: 23.01.2015 / 14:34 Müəllif: Aziza Baxılıb: 273 Bölmə: Dəyirman