Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəyirman – Milyonerlər məhəlləsi

Dəyirman – Milyonerlər məhəlləsi Lyrics

Pul məndə bir də ingilisdə
Pul səndə bir də ingilisdə
Pul sizdə bir də ingilisdə
Pul bizdə bir də ingilisdə

Verse: Abd Malik
Vaxt varidi dirənirdim vitrinlərə
Bahalı maşın salonları və butiklərə
Özüm etiket vururdum ucuz cinslərimə
Əlçatmaz Adidas düşmən idi ayağıma
Gecə klubunun yanından ancaq gündüz keçirdim
Kimsə pul paçkasın deşir mən cibimi eşirdim
Millioner məhləsi hərdən maraq oyadırdı
Görəsən o evlərdə səhər kimlər oyanırdı
Fikirləşirdim ki belə daha davam etməz
Cibim canlı Rembrotun cibindən heç seçilməz
Ətrafımda milyon səbəb var varlanmağa
Milyon məsləhət gözləmə , hərəkət elə
İndi üzüm jurnallarda lap uzaqdan görsənir
Mən və mənim dəstəm çoxlarının bəhsidir
Sadəcə vaxtına işimdən bərk tutdum
Oldu mən getdim, evdə goldwish unutdum

[Chorus]
Pul məndə bir də ingilisdə,
Milyoner məhləsində kompleksini gizlə
Pul səndə bir də ingilisdə
Milyoner məhləsində özüvə yer istə
Pul sizdə bir də ingilisdə
Milyoner məhləsinin gələcəyi sizdə
Pul bizdə bir də ingilisdə
Milyoner məhləsinə qoşuluruq biz də.

Verse: L-Mir
Bir vaxt mənə inanan bugün də mənimlədi,
Həyatımda ən böyük mübarizəm nəfsimlədi.
Baş daşa dəyər, sadəlikdir dəyər.
Ağac da barı gətirdikcə başını əyər
Mənə tanışdır alın təri, kobud dəri,
Yaşımın eyibləri, second hand geyimləri
Xəyallardan oyatdı məni gerçəyin harayı
Başa düşdüm ki, olmur havayı Havai
Ondan savayı , ağız şirin olmaz halva deməklə,
Bentley sənin olmaz, onu yalnız istəməklə
Kim nə sürür , kim özünə tikir saray
Kim Miami`də hər yay, sən öz pulunu say
Sən öz gününə ağla, düşün , bu nədi düşün
Sən neyləmisən arzuna yaxınlaşmaq üçün
Milyonlarla insan pul itirir, tapır yalnız biri
Diri pul görmək üçün baş olmalıdır iri

[Chorus]
Pul məndə bir də ingilisdə,
Milyoner məhləsində kompleksini gizlə
Pul səndə bir də ingilisdə
Milyoner məhləsində özüvə yer istə
Pul sizdə bir də ingilisdə
Milyoner məhləsinin gələcəyi sizdə
Pul bizdə bir də ingilisdə
Milyoner məhləsinə qoşuluruq biz də.

Verse: Miri Yusif
Xalqın varına göz tikən özünə tikməz qala
Əmrim üstündə ağlamaqdansa get özüvə gün ağla
5-10 manat görən özünə qul istəyir
Var adamı itir, var adam pul itirir
Milyon baş üstə, milyon ayaq üstə
Milyon qaş üstə, milyon savaş üstə
Pullarım qarant. Qabiliyyətimi gəl yoxla
Bir qazan pul qazan, o da olsun sığorta
İndi kiminsə axrına çatdı mənim əvvəlim,
Kiminsə ağırdı ayağı, mənim yüngüldür əlim
Kiminsə ayağı yorğanda, mənimki qızıl qumda
Ən bahalı clubda , vip roomda
On saat uçuş, Frankfurt LA ,
Hollywood , beach , Malibu far away
Hey! Qeydiyyata düş əsl həyat səhnəsində
Məhduddur yerlər “Milyoner məhləsində”.

[Chorus]
Pul məndə bir də ingilisdə,
Milyoner məhləsində kompleksini gizlə
Pul səndə bir də ingilisdə
Milyoner məhləsində özüvə yer istə
Pul sizdə bir də ingilisdə
Milyoner məhləsinin gələcəyi sizdə
Pul bizdə bir də ingilisdə
Milyoner məhləsinə qoşuluruq biz də.


Tarix: 23.01.2015 / 14:34 Müəllif: Aziza Baxılıb: 243 Bölmə: Dəyirman
loading...