Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğlum Ayhanın 2 yaşına
Oğlum Ayhanın 2 yaşına

Sən gəldin,
Başımın bəlalı,
ruhumun narahat,
dünyanın qaramat vaxtı,
Gəlişin məni dəyişdi
Adam oldum, oğlum adam!
İlahi görən nə işdi!
Dünyaya gələn övladla
Yenidən doğulur adam.

Yenidən dəyişir dünya,
Arzular doğulur,
Ümid yaranır
Bir körpə gülüşüylə
sevinirsən.
Ağlasa zaman dayanır….

Sən gəldin gözümün nuru,
İndi daha çox adamam.
Mənə kimin gücü çatar?!
Başlayar özümlə davam.

İndi sən uzaqlardasan,
Kirayə mənzilimi bir vaxt gülüşün,
İndi rəsimlərin bəzəyər…
Hamıya atası oyuncaq alar doğum günündə.
Səni anan əzizləyər.
Darayar ipək saçlarını.
Mənim olmadığımı anlarsan yanında.
İndi göz yaşını silər anan.
Alışmazsan yoxluğuma.
Şirin dilinlə
“Ata gəl”-deyərsən!
Başını sinəmə qoymaq.
Saçımı yolmaq
Totuq əllərini üzümə
vurmaq
istərsən…
bu sənin haqqındı, gözüm nuru,
haqqın.
Sən ən böyük haqsan,
ən böyük haqqındı
atanı arzulamaq.
ağlamaq, dağıtmaq, gülmək…

Oğul payım,
Doğum günün mübarək!


Tarix: 03.06.2015 / 14:20 Müəllif: Aziza Baxılıb: 134 Bölmə: Cəlil Cavanşir
loading...