Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İçimdəki uşaq
İçimdəki uşaq

Hamımızın içində dəcəl, söz anlamaz və ağlağan bir uşaq var məncə…..

Daha başını qatmışam,
Maraqlı bir yalan ilə.
Şəkər verib aldatmışam
Tez barışıb olan ilə.
Daha ağlamır bu uşaq…

Daha inanmır nağıla,
Divlərdən yoxdu qorxusu.
Yanında dünya dağıla,
Qaçmaz, ağırdı yuxusu.
Daha ağlamır bu uşaq…

Başı qarışıb oyuna,
Həyat-sevimli oyuncaq.
Çatıb oyunun sonuna,
Mışıl-mışıl uyuyacaq.
Daha ağlamır bu uşaq.

Daha ağlamır, kiriyib,
Quruyub gözünün yaşı.
Aldatdım,
Guya böyüyüb.
Naşıymış, bu uşaq,
naşı.
Daha ağlamır bu uşaq.

Baxır üzümə, danışmır,
Oyuncaq başını qatıb.
İndi gözündən qan damır,
Qəzəblə dişini sıxıb.
Daha ağlamır bu uşaq.


Tarix: 03.06.2015 / 14:20 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Cəlil Cavanşir
loading...