Amerikada “Sizcə, ən maraqlı peşə hansıdır?” mövzusunda keçirilən sorğuya əsasən, belə məlum olub ki, insanlar psixloloqları ən maraqlı peşə nümayəndələri hesab edirlər. Bu, adı çəkilən peşə sahibləri arasında keçirilən sorğuda da öz əksini tapıb. Belə ki, psixoloqların 98%-i bu peşədə çalışdıqlarına görə özlərini şanslı hesab etdiklərini bildiriblər. Onların sözlərinə görə, insanların onların peşəsini maraqlı hesab etməsinin səbəbi odur ki, onlar istənilən depressiv vəziyyətdə olan şəxsi normal həyata qaytara, dolayısı ilə onun həyatına təsir edə bilirlər.
Sorğu nəticəsində, ikinci maraqlı peşə sahiblərinin layihə menecerləri olduğu məlum olub. Bu ixtisasda çalşanların 97%-i etiraf edib ki, hazırda çalışdıqları peşə bu vaxta qədər işlədikləri bütün peşələrdən daha maraqlıdır.
Sorğuda iştirak edənlər əmək haqqı az olsa da, sevdikləri peşədə çalışmağı, maaşı yüksək, lakin darıxdırıcı peşədə çalışmaqdan daha üstün tutublar. Onlar bildiriblər ki, yalnız çalışdıqları sənətin incəlikləri onları bu peşəyə bağlaya bilər. Məsələn, dizaynerləri işlərinin əsasını təşkil edən incəsənət heyran edir. Onlar üçün ən xoşbəxt an izləyicilərini təəccübləndirə bildikləri andır. Jurnalistlər isə peşələrini onlara daim hər şeydən xəbərdar olmağa şərait yaratdığı üçün sevirlər. Turizim Mеnecerləri üçün ixtisaslarının əsas tələbi olan müxtəlif ölkələr haqqında məlumat toplamaq ən maraqlı məşğuliyyətdir. Sistem adminstratorları isə öz peşələrini kompyuter sistemlərinin onlar üçün hazırladığı çətin tapmacalara görə maraqlı hesab etdiklərini deyiblər. Sorğu nəticəsində həmçinin, satış üzrə menecerlərin 92, memar və aşpazların 93, tibb işçilərinin isə 89 faizinin öz peşələrini daha maraqlı hesab etdikləri üzə çıxıb. Bütün bunlardan əlavə, çoxumuzun sıxıcı hesab etdiyimiz, əsasən, sənəd və statistika ilə işləyən insanlar arasında da peşələrini sevənlərin kifayət qədər olduğu məlum olub. Məsələn, PR menecerlərinin 93%-i belə hesab edir ki, əgər indi onlara 0-dan başlamaq şansı verilsəydi, yenə də bu ixtisası seçərdilər.
Ən maraqsız və darıxdırıcı peşələr isə ixtisaslaşma tələb etməyən peşələr seçilib. Belə ki, sorğuda iştirak edən 62% satıcı, 48% gözətçi öz işlərini darıxdırıcı hesab etdiklərini bildiriblər. Peşələrini sevməmələrinin səbəbini isə müxtəlif cür izah ediblər: “istəyərək bu peşəni seçməmişəm”, “maaş çox azdır, amma başqa alternativim yoxdur”,”rəhbərlikdən çox narazıyam, başqa iş yeri olmadığına görə məcbur dözürəm” və.s.
Beləliklə, yekun sorğu nəticələrini təqdim edirik.
“Öz peşənizi maraqlı hesab edirsiniz?”
Peşə/ ixtisasCavablar
Bəli, maraqlı hesab edirəmYox, heç maraqlı deyilDəqiq bir cavab verə bilmərəm
Psixoloq98%1%1%
Proyekt meneceri97%2%1%
Dizayner96%2%2%
Jurnalist96%1%3%
Turizm üzrə menecer96%2%2%
Sistem administratoru96%2%2%
Həkim95%2%3%
Ekoloq95%3%2%
HR menecer93%2%5%
PR menecer93%2%5%
Memar93%4%3%
Texnoloq92%4%4%
Tərcüməçi92%3%5%
Proqramçı92%5%3%
Region nümayəndəsi92%3%5%
Mühəndis91%4%5%
Tibb işçisi91%5%4%
Marketinq üzrə menecer91%7%2%
Supervayzer91%4%5%
Reklam üzrə menecer91%5%4%
Aşpaz91%6%3%
Hüquqşünas90%4%6%
Usta90%5%5%
Analitik90%6%4%
Satış üzrə menecer90%8%2%
Tibb bacısı89%8%3%
Müəllim / pedaqoq88%6%6%
Auditor87%7%6%
Mühasib86%10%4%
İqtisadçı86%5%9%
Sürücü84%10%6%
Əczaçı79%16%5%
Ofis menecer75%12%13%
Operator73%17%10%
Katib /ə67%21%12%
Satıcı konsultant62%26%12%
Gözətçi48%41%11%
Tarix: 07.01.2015 / 12:36 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Biznes klass