Böyük şirkətlərin əksəriyyəti sizi işə qəbul edərkən cv-nizdən əvvəl onu göndərdiyiniz poçt ünvanına diqqət edirlər. Əgər sizin poçt ünvanınınız professional standartlardan kənardırsa, yəni orada öz adınızdan deyil, ləqəbinizdən və yaxud da digər-qeyri ciddi simvollardan istifadə etmisinizsə, bu zaman həmin şirkət də sizin cv-nizə, imzanıza qeyi-ciddi yanaşır. Buna görə də hazırkı dövrdə böyük şirkətdə çalışmaq istəyirsinizsə, ən birinci mail ünvanınızı peşəkar standartlara uyğunlaşdırmalısınız. Ancaq bu hələ işin ilk mərhələsidir. İndi sizə növbəti mərhələ-iş mühitində peşəkar yazışma forması haqqında bəzi məsləhətlət vermək istəyirik. Həm öz iş yoldaşlarınız arasında, həm də digər korporativ şirkətlər arasında işgüzar imic yaratmaq istəyirsinizsə, məqaləmizi oxuyub, gələcək və ya indiki iş fəaliyyətinizdə bu standartlardan faydalana bilərsiniz. Ümümiyyətlə, kişi.az saytı olaraq əvvəlki məqalələrimizdə olduğu kimi bundan sonrakı yazılarımızda da iş sahəsində uğur qazanmağınız üçün sizə bu barədə məsləhətlər verməyə, məşhur insanların uğur hekayələrini paylaşmağa çalışacağıq.
1. İşgüzar məktubun başlanğıc və ən vacib hissəsi hörmət əlaməti olaraq bu poçtu qəbul edən şəxsi və onun təmsil etdiyi şirkəti salamlamaqdır. Məktubun məzmununa baxmayaraq bu hissə bütün işgüzar məktublarda istifadə olunmalıdır.
2. İkinci məsləhət- Digər unutmamalı olduğunuz bir məsələ də dostlarınızla deyil, iş yoldaşınızla və ya digər bir şirkətin nümayəndəsi ilə danışmağınızdır. Əgər iş yoldaşınıza hansısa bir məslələ haqqında kədərləndiyinizi və ya sevindiyinizi bildirmək istəyirsinizsə, bu zaman müxtəlif smayliklərdən, arda-arad bir neçə sual, nöqtə və ya nidalardan istifadə edə bilərsiniz, amma bu hal iş mühitində məktublaşma zamanı arzuolunmazdır.
3. İşgüzar məktublar dəqiqlik tələb edir. Buna görə də çalışın ki, yazıda hansısa qrammatik, leksik və ya orfoqrafik səhvlər etməyəsiniz.
4.Yazıda elementar etik qaydalarına riayət etmək mütləqdir. Şirkətin səlahətli nümayəndəsi olmağınızı unutmayın və hər cür situasiyada sakitliyinizi, peşəkarlığınızı qoruyub saxlamağa çalışın. Etdiyiniz hər hansısa kobudluq və təhqir yalnız sizin adınıza deyil, ümumən şirkətinizin adına xələl gətirə bilər!
5. Məktubu qəbul edənin sizin söylədiklərinizi tam başa düşməsi üçün fikirlərinizi aydın şəkildə ifadə etməlisiniz. Buna görə də cümləni ağırlaşdıran tərkiblərdən qaçın, işguzar bir o qədər də sadə mətn hazırlamağa çalışın.
6. Etik prinsiplərə uyğun olaraq yazılan məktubu etik qaydalara uyğun formada bitirməliyik. Buna görə də məktubun sonunda həmsöhbətimizə işlərində uğurlar və gününün xoş keçməsini arzulamağı unutmuruq.
Əmin olun ki, bu asan qaydalara əməl edərək tez zamanda işgüzar yazışmanızdan uğurlu nəticə əldə edəcəksiniz.
Tarix: 07.01.2015 / 12:35 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Biznes klass