Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəfiqə Eyvazova

Şəfiqə Eyvazova - Azərbaycan kamançaçalanı. Azərbaycan Respublikasının xalq artisti (2000).

Həyatı

Eyvazova Şəfiqə Alxas qızı 9 mart 1947-ci ildə Bakıda anadan olmuşdur.

1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1963-76-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri və Ə. Dadaşovun rəhbərlik etdiyi ansamblın (hazırda Ə. Dadaşov adına) solisti olmuşdur.

1965-ci ildən solo konsertlərlə çıxış edir. Repertuarına “Rast”, “Cahargah”, “Rahab”, “Şur”, “Şüştər” və s. muğamlar, Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. SSRİ xalqlarının folklor musiqisi festivalında (1978, Bişkek; 1979, Moskva ), musiqişünasların Beynəlxalq simpoziumunda (1987, Səmərqənd ), eləcə də YUNESKO xətti ilə ABŞ-da keçirilən "Şərq xalqlarının musiqi folkloru" festivalında (1988, Alim Qasımov və Ramiz Quliyevlə birgə) iştirak etmişdir.

1974 ildən Azərbaycan Dövlət Konservatoriyasında ( indiki Bakı Musiqi Akademiyası ) dərs deyir. Eyvazova bir çox xarici ölkələrdə (ABŞ, İsveçrə, Almaniya, Fransa, Polşa, Belçika, İtaliya, Əfqanıstan və s. ) qastrolda olmuşdur.


Tarix: 29.01.2013 / 14:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 339 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...