Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Muğan mədəniyyəti

Muğan mədəniyyəti - son tunc - erkən dəmir (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) dövrü arxeoloji mədəniyyət; Azərbaycanda Muğan çölündə və Talış dağlarında aşkar edilmişdir. Muğan mədəniyyəti üçün sümükləri qıvrılmış və ya dartılmış halda daş qutularda və ya torpaq qəbirlərdə dəfnetmə səciyyəvidir. Həm tək, həm də qrup qəbirləri əmək alətləri, silah və bəzəklərlə müşayiət olunur. Muğan mədəniyyətini yaradan tayfalar maldarlıq, əkinçilik və ola bilsin ki, həm də balıqçılıqla məşğul olurdular. Əmək alətləri və silahlar tuncdan və dəmirdən hazırlanırdı, xüsusilə səciyyəvi olanlar isə dəstəyi haşiyəli tunc və dəmir qılınc ilə tunc xəncərlər idi. Gil qablar da müxtəlifliyinə görə seçilir. Zəngin və ya kasıb qəbir əşyaları nəsli icmanın dağılması prosesini və bu tayfalarda əmlak bərabərsizliyinin meydana gəlməsini göstərir. Muğan mədəniyyətinin Cənubi Qafqazın digər rayonlarının və qədim Şərq ölkələrinin mədəniyyəti ilə əlaqələri aşkar edilmişdir.


Tarix: 07.01.2015 / 12:02 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycan arxeologiyası
loading...