Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paleolit dövrü

Paleolit dövrünün ilk pilləsi olan Alt paleolit dövrü ilk insan tipinin yaranmasından başlayaraq 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrə aid əsas tapıntılar Füzuli şəhəri yaxınlığında Quruçay dərəsindəki Azıx mağarasından tapılmışdır. Buradan tapılan alətlər o qədər kobuddur ki, onları adi çay daşlarından ayırmaq çətindir. Daha sonrakı dövrlərə aid tapıntılardan isə kobud əl çapacaqları, ərşin-qaşov, sıyırğac və s. alətlərdir. Buradan nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də tapılmışdır. Azıx mağarası qədimliyinə görə dünyada dördüncü yerdədir[Mənbə göstərin] (keçmiş SSRİ-də isə birinci olmuşdur[Mənbə göstərin]). Bunu 1962- ci ildə Azərbaycan tarixçisi Məmmədəli Hüseynovun aşkarladlğı 350-450 min il bundan əvvəl yaşamış insanın alt çənə sümüyünün qalığı sübut edir. Alimlər həmin ibtidai insanı "Azıxantrop", yəni "Azıx adamı" adlandırmışlar. Azıx mağarasında 700 min il əvvələ aid ocaq izləri tapılmışdır.

Alt paleolitin sonunda əmək alətlərini yeni növü kəsicilər meydana gəlmişdir. Alətlər əsasən çaxmaqdaşı, bazalt və obsidiandan (vulkanik şüşə, dəvəğözü) hazır-lanırdı. Bu materiallar əsasən parçalandığı zaman iti-kəsici qəlpələr alındığı üçün dişli, ucu oymalı, qaşov tipli alətlər hazırlanırdı.


Tarix: 07.01.2015 / 11:59 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Azərbaycan arxeologiyası
loading...