Azərbaycanın Orta Paleolit dövrü Qarabağdakı Tağlar, Qazax rayonu ərazisindəki Damcılı və Daşsalahlı mağaraları əsasında öyrənilmişdir.
Tağlar mağarası 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən tədqiq edilmişdir. Kənardan baxanda çevrilmiş arı pətəyinə oxşayan, içərisində təbii sütunlar-tağlar vasitəsilə çoxlu gözlərə ayrılan mağaraya da "Tağlar" adı buna görə verilmişdir. Tağlar düşərgəsi təqribən 55-90 min il öncədən 35 min il öncəyə qədər insana qoynunda yer vermiş, onun yaşayış məskəni olmuşdur.
Qazax rayonunda Avey dağının qoynunda iri mağara-iki insan məskəni var. Dağın cənub-qərb tərəfindəki mağara Daşsalahlı, cənub-şərqindəki isə Damcılı adlanır. 1957-1958-ci illərdə alimlər bu mağaraları tədqiq etmiş, burada yaşamış insanların əmək alətlərini tapmışlar. Bu alətlər daşdan düzəldilmiş bıçaq, qaşov və ucluqlar olmuşdur. Buradakı od-ocaq izləri o dövr insanlarının böyük tonqallar çatmaq məharətini sübut edir.
Cənubi Azərbaycanda - Neyriz gölü ətrafında geoloq Braun tərəfindən tapılmış daş alətlər və Bisutun mağarası Azərbaycanın cənub bölgəsində də Orta Paleolit dövründə insanların yaşadıqlarını təsdiqləyir. Bisutun mağarasından tapılmış əmək alətlərinin Tağlar mağarasındakı alətlərlə eynilik təşkil etməsi[Mənbə göstərin] bu fikri qətiləşdirir. Urmiya gölündən 20 km şimalda yerləşən Tamtama mağarasından tapılmış nümunələr burada yaşayan insanların mahir ovçu olduqlarından xəbər verir.
Tarix: 07.01.2015 / 11:59 Müəllif: Feriska Baxılıb: 82 Bölmə: Azərbaycan arxeologiyası