Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qorxmaz Eyvazov

Həyatı
Qorxmaz Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1974-1984-cü illərdə burada orta məktəbdə oxumuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmış, Ukraynada hərbi xidmətdə olarkən serjantlıq kursunu bitirmişdir. Qorxmaz 1987-ci ildə xidmətini başa vurub vətənə dönür. 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulur. 1992-ci ilin martında o Laçın rayon polis idarəsində işə qəbul edilir.

Döyüşlərdə iştirakı
Qorxmaz Eyvazovun ilk döyüşləri də elə doğma yurddan başlayır, Qızartı dağı uğrunda gedən döyüşlərdə onun fəaliyyəti nəticəsində düşmənin bir tankı ələ keçirilir. 4 avqust 1992-ci il erməni işğalçıları Qızartı dağını ələ keçirmək üçün yenidən hücuma keçir Qorxmaz bu döyüşdə qolundan yaralanır lakin o silahı yerə qoymur azacıq sağalan kimi yenidən cəbhəyə qayıdır. 10 fevral 1994-cü il Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv edən Eyvazov Qorxmaz bu döyüşdə qəhrəmancasına həlak olur.

Ailəsi
Ailəli idi. İki övladı yadigar qalıb.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Sumqayıt şəhərindəki şəhidlər xiyabanında dəfn edilmişdir.


Tarix: 27.01.2015 / 14:33 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: Azərbaycanın müharibələri‎
loading...