Haqqında
1961-ci il yanvarın 31-də Abşeron rayonunun Sitalçay kəndində anadan olub. Sumqayıt qaz idarəsində çilingər işləmişdir. İki oğlu, bir qızı yadigar qalıb: Elçin, Vəfa, Əvəz. 3-cü uşaq atasının ölümündən sonra dünyaya gəlib — 1990-cı il iyunun 21-də.
Şəhid olması
Xırdalan pivə zavodunun yanında dostu Meylanın "Jiquli" maşınında odlu silahla vurulub. Sinəsində beş güllə yarası olub. Meylan isə yaralanıb. Yanvarın 21-də gündüz saat 3-də meyidi Semaşko adına xəstəxanadan tapıblar. Yanvarın 22-də Şəhidlər xiyabanında dəfn edilib.
Şahidlərin dediklərindən: "Sakir Agakisiyev Xandadas oğlu 1990-cı il on doqquzundan iyirmisinə kecen gecə Xirdalan pive zavodunun yaninda mənim dayim Quluyev Movlamverdi Alverdi oğlunun ij kombi masqivic masininda vəhsicəsinə 5 güllə yarası alaraq qətlə yetirilmisdi. Dayim isə agır yaralanaraq Sumqayit travmatologiya xəstəxanasına catdırılmısdı.
Dayim bizə söhbət edir ki, Şakirlə maşında idim. Maşını saxlayıb yaxınlasıb soruşmaq istədik ki, biz axi silahsızıq bizdən nə istəyirsiz, niye gelmisiz? Onlar heç bizə aman vermədən silahla atəs acdılar. Şakir aldığı güllə yarasndan yerindəcə dünyasını dəyişdi. Mən yaralı idim. Onla bizə yaxınlaşdılar ki, öldüyümüzdən tam əmin olsunlar. Mənim yaralı olduğumu gürub (dayim sarışın idi) "o rus idi, onu nahaq vurduq" deyib uzaqlasiblar. Dayim deyir Şakirin son sozu indi də yadımdadı..."AXIRIMIZDI MOVLAM"
Tarix: 27.01.2015 / 13:19 Müəllif: Feriska Baxılıb: 151 Bölmə: Azərbaycanın müharibələri