Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azıxantrop Tarixləndirmə

Professor D.V.Hacıyev apardığı elmi tədqiqat zamanı müəyyən etmişdir ki, çoxtəbəqəli Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai insan çənəsi Azərbaycan ərazisində ən qədim insana məxsus olub, 350-400 min il bundan əvvəl bu ərazidə yaşamış 18-22 yaşlı qadının çənəsidir.

Azıxdan tapılmış ibtidai insana məxsus çənə tamamilə daşlaşmış və rəngini nisbətən dəyişmişdir. Qeyd olunan daşlaşma prosesi və rənginin xüsusiyyətləri həmin təbəqədən tapılmış merka kərgədanı, nəhəng maral, zubr, bizon, ibtidai at, mağara ayısı, mağara kaftarı (bu heyvanların nəsli kəsilmişdir) və başqa heyvan sümüklərindən qəti seçilmir.

Bundan başqa həmin təbəqənin IV horizontundan əl çapacaqları, kobud çapma alətləri və kobud hazırlanmış qaşov tipli alətlər tapılmışdır.Həmin daş alətlər özlərinin hazırlanma texnikası və tipologiyasına görə qədim Aşel mədəniyyətinə aid olunur.


Tarix: 07.01.2015 / 11:55 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Azıxantrop
loading...