Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azıxantrop Klassifikasiya

Professor D.V.Hacıyevin Azıxdan tapılmış çənə üzərində apardığı elmi araşdırmalar zamanı məlum olmuşdur ki, çənə quruluşundakı spesifik cəhətlərə əsasən, bir tərəfdən pitikantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın cənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara daha yaxındır.

Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai insana məxsus çənənin iri olması açıq nəzərə çarpır və onun gövdəsi nisbətən qalındır. Bu baxımdan Azıx mağara düşərgəsindən tapılmış çənə avstralopitek tipli adamlardan fərqlənir və müəyyən cəhətlərinə görə arxantropların arasında xüsusi yer tutur. Fiziki tipinə görə Azıx düşərgəsindən aşkar edilmiş çənə sinantrop tipli insanla neandertal adamı arasında keçid mərhələsindədir. Azıx mağara düşərgəsinin Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insan qalığına şərti olaraq azıxantrop, yəni Azıx adamı adı verilmişdir.

Tədqiqatçılar müəyyən etmişlər ki, azıxantropun çənəsi fiziki quruluşuna görə arxantropa, sinantropa və Heydelberq adamına oxşayır, lakin bəzi inkişaf xüsusiyyətlərinə görə ilk neandertal insanlara yaxınlıq təşkiledir. Bu səbəbə görə də azıxantrop tipli insan ibtidai adamların inkişaf tarixində arxantropdan paleoantropa keçid formasınıtəşkiledir.Lakin dişlərinin xırdalığına görə indiyə qədər elmə məlum olan arxantrop və paleoantroplardan tamamiləfərqlənir. Məhz bu fərqlərə görə D.V.Hacıyev tapıntını azıxantrop adlandırmışdır.


Tarix: 07.01.2015 / 11:54 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Azıxantrop
loading...