Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Klod Leluş

Klod Leluş (fr. Claude Lelouch) — Fransa kino rejissoru, ssenarist, operator, aktyor və prodüser.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mükafatlar və nominasiyalar
3.1 Mükafatlar
3.2 Nominasiyalar


Həyatı

Klod Leluş 30 oktyabr 1937-ci ildə Parisdə anadan olmuşdur. Onun valideynləri Əlcəzair yəhudiləri idilər. Öz debütünü operator kimi qısametrajlı filmlərdə etmişdir. 13 yaşında Kann kinofestivalının debüt müsabiqəsinin mükafatını qazanmışdır. 1956-cı ildə Klod Leluş SSRİ haqqında "Pərdə qalxanda" adlı reportajın müəllifi olmuşdu. Bu reportaj gizli kamera ilə çəkilmiş və nümayiş üçün Fransa televiziyası tərəfindən alınmışdı. Leluşun tammetrajlı kinoda ilk işi "İnsanlığın məğzi" (1961) filmi olmuşdur. Bu ekran əsəri xüsusi bir uğur əldə etmədi.

1957-ci ildə çəkilmiş "Durnalar uçur" filminin çəkilişlərində operator assistenti kimi işləmişdir. O, Fransadan Moskvaya gəlmiş turist heyətinin tərkibində idi. Beləliklə, bu kino həvəskarı təsadüfən "Mosfilm" kinostudiyasına gəlib çıxır.

1966-cı ildə Klod Leluş "Kişi və qadın" filmini çəkir. Bu ekran əsəri ona dünya şöhrəti və Kann kinofestivalının "Qızıl Palma Budağı"nı və iki "Oskar" qazandırır. Leluş filmin ssenari müəllifi, rejissoru, prodüseri və operatoru idi. Filmdə baş rolları Jan-Lui Trentinyan və Anuk Eme ifa edirdilər. Bəstəkar Fransis Ley idi.

Sonrakı illərdə Leluş heç bir şirkətdən asılı olmadan, müstəqil fəaliyyət göstərməyə başladı. O, özünün şəxsi "Les Films 13" kino şirkətində kommersiya filmləri çəkməyə başlayır. "Macəra elə macəradır" (1972) macəra-komediyası, "Yeni iliniz mübarək!" (1973) kriminal komediyası, "Pişiklər-siçanlar" (1975) detektivi və "İkinci şans" (1976) dramı tamaşaçılar tərəfindən yüksək uğur qazandı.

1988-ci ildə çəkilmiş "Bəxtəvər" filmi iki "Sezar" mükafatı qazanır. Bu mükafatlara ən yaxşı kişi roluna görə Jan Pol Belmondo və musiqiyə görə Fransis Ley layiq görülmüşdür. Viktor Hüqonun eyniadlı romanı əsasında çəkilmiş "Səfillər" (1996) filmi Xarici dildə ən yaxşı filmə görə "Qızıl qlobus" mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
Kişi və qadın (film, 1966) / Un homme et une femme

Mükafatlar və nominasiyalar

Mükafatlar
Qızıl Palma Budağı ("Kişi və qadın", 1966)
Beynəlxalq Kinematoqrafiya Katolik Təşkilatı (OCIC) ("Kişi və qadın", 1966)
Xarici dildə ən yaxşı filmə görə Oskar mükafatı ("Kişi və qadın", 1967)
Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatı ("Kişi və qadın", 1967)
Xarici dildə ən yaxşı filmə görə Qızıl Qlobus mükafatı ("Səfillər", 1995)
Venesiya kinofestivalında YUNESKO mükafatı ("11 sentyabr", 2002)

Nominasiyalar
Ən yaxşı rejissorluğa görə Oskar mükafatına namizəd ("Kişi və qadın", 1967)
Ən yaxşı rejissorluğa görə Qızıl Qlobus mükafatına namizəd ("Kişi və qadın", 1967)
Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatına namizəd ("Bütün həyat", 1976)
Venesiya kinofestivalının "Qızıl Şir" mükafatına namizəd ("Kişilər, qadınlar: İstismar üzrə rəhbərlik", 1996)


Tarix: 07.02.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 302 Bölmə: Aktyorlar
loading...