A team – Dil yandırdı gülləri Lyrics
[Intro]
Sondu,yanlızlıqdı ovuclarımda sadəcə.Çox çarəsiz,çox ümidsiz,nəfəs almaq belə yalnızlıqdı mənim üçün.Həyat dedikləri filmdə çox rol oynadım.İndi bu filmdə ancaq susmaq rolunu oynayıram
[ Dakodje ]
Tutmayın əllərimdən,mənliyimi itirdim mən
Sənliyimi itirdim mən,gərginliyi bitirdim mən
Atılan bir yumruq divarda düşünmə qəm kədər
Düşünmə qəm gedərdi çəkilən siqaretlə
Düşünmə sel gedərdi.Zülmət gözlərdən qar yağışlar,
Təmiz baxışlar,çirkli mənzərə
Əlimi tutsan əl gedərdi,dilimi tutsan dağ gedərdi
Daxili mən.Səndən uzaq dur.Və bağışla!
Göz yaşına sığındım çarəsiz acizlər tək
Boş otaq tək,divarlar tək ,küçələr tək və mən tək
Önümə gələn sözün demədi,geriyə gedəni başa düşdüm
Hələ də mənə də qəm gələndə mən də demədən sona düşdüm
Bir nəfəs içəri çəkdim aldığım nəfəs tütün
Hər nəfəs çəkəndə mən soldu bədən büs bütün
Dako , de nəyə lazım həyat əgər sıxırsa səni
Nəfəs alıb vermə aralığında ölüm tutursa səni
Düşünürdüm, sözümü üzünə deyənin dözümü nəyə görə götürməyə bilər düzümü
Düşünürdüm, üzünü sözümə büzəni düzünü gizlədər mi yoxsa səhvlər hara süzülür (ha?)
Üşüyürdüm,izimi qarda itirəndə,dizimi qarda batıranda , düzümü səhvlər bitirəndə
Üşüyürdüm, sizi fərarda itirəndə, fərziyarla bastıranda,tərzi replə gətirəndə
Çox sıxıldım,çox yoruldum nağıl bitti mən də getdim
İndi qəribə həyatın dadını biləni basdırarlar anla
Çox yıxıldım,çox sovruldum külək bitdi yarpaq endi
İndi səni də məni də canımın içini,ovar,ağrılarlar
Mənəvi mənimin ən dərin bir yerində mənimlə mənim aramdaki söhbətin həmdəmi itdi
Mələyim mənimlə qəmimin belində və önündə səddində mənfi mənəvi mənfeyi və etdim.
[ Chorus ]
Güc! Tap özündə hələdə var qabağında sonsuz dərdlər
Gül! Sən yola ver günləri bil ağladığını heç kim bilməz
Dil yandırdı gülləri ,qarşını tutacaq güldən səddlər
Sil! basdır ömrünü sən qəm susduqca heç kim dinməz (2X)
[ Şahruz ]
Salam əziz dostum , yenədə yazıram mən sənə
Bugünlər hava biraz soyuq,qar yağır pəncərəmə
Hər tərəf ağ appaq buz, üzdə tər təmiz qar
Üzdə tər-təmiz ama bil içində palçıq var
Deməli qar da yalan,fərqi yox insanlardan
Deməli məhəbbət yalan,gözəllik bizi aldadan
Yada ki, mən asketik qorxaq olan sadə bir insan
Qorxuram təbəssümün bədəli olacaq sancılardan
Qaçma ,bu dəfə getmə məni öz mənliyimdən al
Yanımda qal ki, daha da təməssümüm olsun mənə hilal
Gülüşüm olsun ürəkdən,dolsun hicran limitim
Pozaraq prinsipləri duyquları azad edim
İstərdim olam yelpənək , düşərdim külək qoynuna
Səmtim yox, nəyə gərək.Uçardım yad diyarlara
Birisi tutsa ipimdən bir gün çıxar rastıma
Olacam başqa bir aləm,deyəcəm, bulud əlvida!
Məni məndən ala bilən hərkəs bir gün gəldiki məni tək qoydu,
Günahkar sən ya da mən fərqi yoxdu.qırıldı qəlbim,mənə dərs oldu.
Atəşkəs nə zaman imzaladım,sərhədlərimi təmizlədim mən
Aldım yaralar,bağladım.ama güldüm həmişə mən zahirən
[ Chorus ]
Güc! Tap özündə hələdə var qabağında sonsuz dərdlər
Gül! Sən yola ver günləri bil ağladığını heç kim bilməz
Dil yandırdı gülləri ,qarşını tutacaq güldən səddlər
Sil! basdır ömrünü sən qəm susduqca heç kim dinməz (2X)
[ Outro ]
Həyat dedikləri filmdə çox rol oynadım,indi bu filmdə ancaq susmaq rolunu oynayıram.
Tarix: 23.01.2015 / 14:10 Müəllif: Aziza Baxılıb: 251 Bölmə: A Team