Fərz et…Fərz et…Fərz et…
Açıq yarayla hələ də sonsuz vardır sarğılarım
[ Şahruz ]
Heç kim bilə bilməz mənim ümidlərim qəlb evimdə nəyə görə bağlı qaldı
Günlər gəldi gözlər ağladı,heç kim bilməz yas da saxladı
Kor gözünün görə bildiyi qədər elə görmədiklərim mənə günlər qədər
İllər keçər, hədər gedər.Günəş pozar xəyallarımı hər səhər
Mənə kömək edin!Mən yaşamaq istədim amma hər dəfəsində ölüm tərslədi
Mən ölmək istəyirdim amma hər dəfəsində məni tanrı səslədi
Mənə sus dedi.Mənə kəs dedi!
Sən mənim bu yolumdan necə dönə biləcəksən?
Mənim verdiyim canı məndən icazəsiz necə ala biləcəksən?
Buna dözə biləcəksən, çətin.
Mətin dayan həyat sənə qarşı bir imtahan
Və oyan!Geridə qalan varsa günahların səni əcəlinədək qovacaq
Adını bilmədiyin hisslərinlə dolu bu dəyirman fırlanacaq
Bir gün gələcək, duracaq, ümidlərin sovrulacaq… sovrulacaq…
(Chorus)
Fərz et…Mənə elə xoşdur qırılsın arzularım
Fərz et…Mənə xoşdur ağrılarım!
Fərz et…Bizi bizdən ayıran sınıq ömür körpüsündə
Açıq yarayla hələ də sonsuz vardır sarğılarım.
Fərz et…Mənə elə xoşdur qırılsın arzularım
Fərz et…Mənə xoşdur ağrılarım!
Fərz et…Bu gecə cavablanacaq mənim bütün suallarım
Fərz et… Fərz et…
[ Dakodje ]
Arzularıma qoyulan nöqtələr…
Qaranlığımda məhv olan kölgələr kimi ,döngələr kimi.
Həyatın qəribə məzarı içinə sığmadım
Qəlbimə mərdim azarım əlinə belini alıb qazır məzarı azarı duydum mən
Qəlbim uydum mən,qəlbim uydum mən
Sənin iyrənc səsinə və aldandım
Qalmadı heç nə…
Pozitivi vuraq,gecə neqativi,
Məni belə dağıdıb ki, qalıb motivim
Qəlbxananı yıxdın belədə uğuru qapdın qaçdın
Hələ də izini tapana mükafatı verənəm
Tabutu qapdı qaçdı,açdı sonu harada
Qarala dama dama hər bucağın
Dona dona bu yolun söndürdüm ocağın
Dama dama heç oldum, Doma Dona şair belə olmadım
Sevin və yaşa şahanə
Bundan o yana ölmüşəm daha nə (ha?)
Söndür treki , qalanı bəhanə
[ Chorus ]
Fərz et…Mənə elə xoşdur qırılsın arzularım
Fərz et…Mənə xoşdur ağrılarım!
Fərz et…Bizi bizdən ayıran sınıq ömür körpüsündə
Açıq yarayla hələ də sonsuz vardır sarğılarım.
Fərz et…Mənə elə xoşdur qırılsın arzularım
Fərz et…Mənə xoşdur ağrılarım!
Fərz et…Bu gecə cavablanacaq mənim bütün suallarım
Fərz et… Fərz et… Fərz et… Fərz et…
Açıq yarayla hələ də sonsuz vardır sarğılarım.
Fərz et… Fərz et… Fərz et… Fərz et…
Tarix: 23.01.2015 / 14:09 Müəllif: Aziza Baxılıb: 233 Bölmə: A Team