Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

A Team – Üzgünlüyü Sənlə Tanıdım

A Team – Üzgünlüyü Sənlə Tanıdım Lyrics

[ Intro ]
Üzgünlüyü nəylə tanıdın deyəndə ağlıma sən gəlmişdin, sonra sənsizlik. İnanmağ gəlmişdi, inamın sonuda gəlmişdi amma bilməmişdim. Sevgi gəlmişdi, ardınca itgi gəlmişdi. Qəlbimə qonağ gəlmişdi, sən gəlmişdin. Sən gedəcəkdin… Üzgünlük gəlmişdi…
[ Dakodje ]
Mən sənsiz yenə qaldım, ünmanım sənsiz yerə daldı..
Anlamadım gözlərim önündə olanda uçurum..
Gözlərimi yumub atladım dedim uçuram..
Gözlərimi açdım qayaları gördüm..
Sevgini tanıdım, o yanını gördüm..
Şirin yuxum sən idin, oyananı gördüm..
Laylayda getdi, mən kimə gömüldüm?
Ölürdüm sənsiz keçən hər bir gündə..
Hər saniyə hesabı, həsrət ürəyim qəssabı..
Sən bunu anlamazdın..
Məni çox sevən, mənnən keçməyi göz önünə almazdı..
Deyərdim.. Dinləməzdin..
Mən… Sevərdim.. Sən görməzdin..
Kim? Üzərdi.. Kim? Dözərdi..
Biz.. Var idik.. İndi hardayıq? Hə?
Qala bilmirəm.. Susa bilmirəm..
Gedədə bilmirəm.. Dönədə bilmirəm..
Ala bilmirəm.. Verə bilmirəm..
Yaşayada bilmirəm.. Ölədə bilmirəm..
Deyirdin mən qızıldan bahalı..
Sənsə yaralı bir göyərçin deyirəm..
Yenə azadlıq göyərçinə ən bahalı..
Bəlkə qızılam, lakin qəfəsəm.. Bilmirəm.. Hə?
Bilirəm qəfəsəmsə göyərçinə azadlığ daha xoşdu..
Bunu səndə bilirsən..
Sözlərimdə sən varsan.. Nəfəsimdə sən varsan..
Yenədə sən..
Axı səni sevirəm balam..
Niyə bunu edirsən.. Niyə qalam sənsiz?
Axı mən hayqırıram lakin səssiz..
İnsan necə yaşar bir gün nəfəssiz?

[ Şahruz ]
Bir həyat dolu badi-şərab zəhər..
Sevdiyim mənə kömək elə birtəhər..
Durnalar köçür başqa diyarlara..
Yenə səfər var sənli xəyallara..
Qəmi hicrana yoxdu taqətim..
Hicrinigar aldı mənnən ixtiyar..
Bir əhli dərd yoxdu bu şəhərdə..
Viranə qaldı mənim qəlb evim..
İndi yoxsan hər gün çəkirəm əzab..
Gecə soyuqdu, mənə verir iztirab..
Qohum əqrəbadan min məsləhət..
Yanıram odlanıram kim bilər?
Bəlkə gün gələr.. O qız yenə dönər..
Körpə əlləriylə məni yenə sevər..
Bəlkə gün gələr.. O qız yenə dönər..
Məni saf göyərçinim yenə sevər..
Otur yanımda, sus.. Danışma..
Axı qanımda, adın.. Sən qarışma..
Mənim sevgimə, mənim zövqümə..
Hətta qarışma sənə gözəl deməyimə..

[ Dakodje ]
Axı səni sevirəm balam..
Niyə bunu edirsən.. Niyə qalam sənsiz?
Axı mən hayqırıram lakin səssiz..
İnsan necə yaşar bir gün nəfəssiz?


Tarix: 23.01.2015 / 14:10 Müəllif: Aziza Baxılıb: 163 Bölmə: A Team
loading...