Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarMüsəlmanların 20 ən böyük kəşfi

Mübarək Ramazan ayını yaşadığımız bir vaxtda bütün dünyada İslama və müsəlman dünyasına olan diqqət artmaqdadır. Dünya mətbuatında yer alan yazılar da bünü sübut edir. Dünyaca məşhur ingilis "The Independent" qəzeti öz sayında müsəlmanların 20 ən böyük kəşfinin siyahısını dərc edib. "Sabah.com.tr" saytının məlumatına görə, qəzet müsəlmanların qəhvə, tibb ləvazimatlarının dizaynı və qələm kəşflərinin bəşəriyyətin yaşayışına necə təsir etdiyini açıqlanıb.

Müsəlmanların 20 ən böyük kəşfi:

1. Qəhvə
Rəvayətə görə, Cənubi Efiopiyada Xalid adlı bir ərəb çoban qoyunların bir bitkini yedikdən sonra canlanığını görüb. O, həmin bitkidən toplayaraq onu qaynadıb və içib. Bununla da bitkinin istifadəsi başlayıb. Qəhvə Avropaya, daha dəqiq desək, İtaliyanın Venesiya bölgəsinə yalnız Ardı »

Maraqlı MelumatlarAydakı çağırış

1969-cu il, 16 iyul, saat 9:31
Florida ştatının isti və boğucu havasına baxmayaraq 55 ölkədən 3493 müxbir və 1 milyona yaxın insan bir neçə kilometrlik məsafədən zərif bir raketin kosmosa qalxmasını gözləyirdi. Lakin bu hadisə ilə maraqlanan adamların sayı yalnız bununla bitmirdi. Yer üzünün müxtəlif bölgələrində olan milyonlarla insanın diqqəti bu raketə yönəlmişdi.
Belə bir həyacana səbəb olan və bəlkə də dünya xəlq ediləndən bəri ən çox maraq doğuran bu hadisə nədir?
Bu sualın cavabını kosmik raketlər sahəsində mütəxəssis olan Berner fon Braunun dilindən dinləyək: " İndiyə qədər Aya gerçəkləşdirdiyimiz insansız uçuşlar bizə çoxlu yeni məlumatlar vermişdi. Lakin Nil Armstronqun Ayın səthində atdığı ilk Ardı »

Maraqlı MelumatlarOskar bəxtsizləri

Film tarixinə nəzər yetirdikdə görürsən ki, elə filmlər var ki, çox uğurlu olsalar da ən nüfuzlu film mükafatı sayılan "Oskar"ın hər hansı bir nominasiyasında layiq olduğu mükafatı ala bilməyib. Bu yazıda siz məhz belə filmlərdən bir neçəsini tanıya biləcəksiniz.

Şouşendən qaçış (The Shawshank Redemption) - Bu filmi Oskarın ən bəxtsiz nominantı adlandıra bilərik. 1994-cü ildə Oskara üç real namizəd var idi: "Forrest Qamp"(Forrest Gump), "Kriminal qiraət"(Pulp Fiction) və "Şouşendən qaçış". Amansız mübarizədə "Forrest Qamp" rəqiblərinə şans vermədi. Bununla belə hər üç film ayrı-ayrı illərdə nominant olsaydılar, mümkün bütün kateqoriyalar üzrə qalib ola bilərdilər.
Yaşıl mil (Green Mile) - Film Ardı »

Maraqlı MelumatlarDünyanın ən bahalı sabunu

İçində 17 qram qızıl, 3 qram almaz tozu olan sabunun qiyməti 2 min 800 dollardır.

Dünyanın ən bahalı sabunu istehsal edilib. Ən bahalı sabun Livanda hazırlanıb. İçində 17 qram qızıl, 3 qram almaz tozu olan sabunun adı «Katar»dır. Qiyməti isə 2 min 800 dollardır. Sabunun istehsalı üçün şirkətə 1,5 ay vaxt lazım olub.

«Katar» sabunu üzə canlılıq və təravət vermək üçün hazırlanıb. Sabunun tərkibində qiymətli metal və daş tozundna əlavə, müxtəlif ətirlər, yağlar da var.

Dünyanın ilk ən bahalı sabunu Qatər əmirinin həyat yoldaşına hədiyyə ediləcək.

Sabunu istehsal edən və bu sahədə uzun illər təcrübəyə malik olan şirkət rəsmisi Ginnesin rekordlar kitabına düşməyi də hədəflədiklərini Ardı »

Maraqlı MelumatlarBunları bilirsinizmi?

İnsan bədənindəki damarları birləşdirsək iki dəfə ekvadoru dolanmaq olar.
+
Yeni qələn təklif edilən insanların 97 faizi ilk olaraq öz adlarını yazırlar.
2002-ci ildə dünyada həm ən soyuq, həm də isti gün rekordu yenilənib.
3000 il əvvəl misirlilərin böyük əksəriyyəti 30 yaşa kimi yaşamırdılar
İnsanın ürəyi ildə 36800000 dəfə vura bilər
Telefonu ixtira edən Aleksand Qrehem Bell öz anasına və arvadına bircə dəfə də zəng edə bilməyib. Çünki onların ikisi də kar idi.
Amerikalı stomotoloqlar ildə 13 ton qızıldan istifadə edirlər.
Bir insan ömründə orta hesabla 100 000 km piyada gəzir
1.2.3,4..... və sairə sayları hindlilər ixtira Ardı »

Maraqlı MelumatlarBarmaqlar haqqında maraqlı faktlar

Barmaqlar haqqında maraqlı faktlar
Barmaqlar həyatımız boyunca ən çox istifadə edilən bədən üzvümüzdür.
Bəs onlar haqqında nə qədər məlumatımız var? Barmaqlar haqqında bilmədikləriniz.
1. Dünyanın ən böyük əlinə sahib olan insan Çində yaşayır. Lui Huanın sol əlinin başbarmağı 25 sm-dir. Onun işarət barmağının uzunluğu isə 30 sm-ə çatır.
2. Dünyanın ən çox barmağa sahib iki insan Hindistanda yaşayır. 2005-ci ildə doğulan Pranamya Menarianın və 1995-ci il təvəllüdlü Devendra Harnenin 25 barmağı var.
3. Barmaq ucları istilik və toxunma hissiyatı olan yerdir. Bədənin bu nahiyyəsi istilik, nəm, titrəməyə qarşı ən həssas yerdir.
4. Barmaqlarda bir əzələ var. O da barmaq bükümlərini hərəkət etdirir.
5. İnsanın orqanizmində testosteron hormonu nə Ardı »

Maraqlı Melumatlarİnsanın sifət quruluşuna görə xarakteri

Çinli alimlər insan xarakterlərini üz çizgilərinə görə müəyyən etməyin mümkünlüyünü bildirirlər. Çinli alimlər üz çizgilərinə görə xarakteri müəyyənləşdirərkən alın, burun, çənə, qaş, göz və dodaqların quruluşunu əsas götürürlər.

Alın insanların düşüncələrini inkişaf etdirmə üsulları haqqında məlumat verir. Geniş alına sahib olan insanlar güclü xəyal gücünə və yüksək intellektə malikdirlər. Dar alın insanların diqqətli, vaxtda önəm verən, riyazi bacarıqlarının yüksək olduğuna işarədir. Donqar alına sahib olanlar isə təşəbbüskar, yola gedən və paylaşımçı olaraq qəbul edilir.

Gözlər həyata baxış tərzini və stress vəziyyətində davranış qaydalarını ortaya qoyur. Gözləri çuxurda olan insanlar ciddi və sirli olduğu halda, gözləri sifətə yaxın olanlar vasvası, qərarlı, ən xırda detallara Ardı »

Maraqlı Melumatlaralnız da xoşbəxt olmaq mümkündür

Yalnız və xoşbəxt olmaq son dərəcə azad bir haldır. Qadınlar.biz yalnız ikən də xoşbəxt olmağın yollarını təqdim edir.

Gözəl bir şey edin

Əgər yanınızda dost tapa bilmirsizsə, hər şeyi tək də edə bilərsiz. Sevdiyiniz bir musiqiçinin konsertinə gedə bilərsiz, ya dükanlarda endirim olan günlər təkbaşına istədiyiniz kimi alış-veriş edə bilərsiz.

Sizi xoşbəxt edən şeylərin siyahısını yazın

Son zamanlar etdiklərinizin bir siyahısını yazın. Başınıza gələn ən əyləncəli şeyləri, içində özünüzü möhtəşəm hiss etdiyiniz geyimləri, sizə deyilən ən gözəl iltifatları. Bunlar sizin necə yaxşı bir insan olduğunuzu hiss etdirəcək.

Mahnı oxuyun

Bəzən sizi kimsə izləməyəndə çox əylənə bilərsiz. Evdə pijamanızı geyinib ürəyiniz istədiyi Ardı »