Maraqlı Melumatlar → Anonymous
2008-ci ildən başlayaraq söz azadlığı uğrunda mübarizə şüarı altında saytlara kiberhücumların sayı artır.Bu hücumların qurbanı bütün dünyadakı iri müəssisələr, hökumətlər və hətta Vatikan olub. Hücumların məsuliyyətini Anonymous adlı hərəkat öz üzərinə götürüb. Bu hərəkatda heç bir ierarxiya mövcud deyil, iştirakçılar isə cidd-cəhdlə kim olduqlarını gizləyirlər. Bu gün hərəkat siyasətin sərhədinə çox yaxınlaşıb və ən müxtəlif narazılıqların əksi kimi çıxış edir.
Kimdir onlar?
Onlar gizlənirlər, heç bir ierarxiya tanımırlar, tabe olmurlar və ümumiyyətlə rəsmi şəkildə mövcud deyillər – Anonymous-un dəqiq xarakteristikasını göstərmək asan məsələ deyil. Bu, nə siyasi partiyadır, nə də assosiasiya. Hərəkat ümumi ideya (internetdə söz azadlığının müdafiəsi) ətrafında yaranıb və hazırda Ardı »