Maraqlı Melumatlar → Robot, Argentina, Xuliqan
Robot
İyirminci əsrin məşhur çex yazıçısı Karel Çapek 1920-ci ildə “R.U.R.” (“Rossumun Universal Robotları”) elmi-fantastik pyesini nəşr etdirərkən əslində, dünyəvi lüğətə yeni söz ərmağan edəcəyindən bixəbərdi. Pyesdə hadisələr “robot” adlı “süni insanlar” istehsal edilən zavodda baş verir. Zahirən insanlardan fərqlənməyən bu “robot”lar əslində müasir “android” məfhumuna daha yaxın idilər. Pyesdə insanlara xidmət etməkdə həvəsli “robot”ların bir müddət sonra insanlara qarşı üsyanı təsvir edilib.
Kəliməbaz, Robot
K.Çapekin sözlərinə görə, “robot” sözünü özü deyil, rəssam qardaşı Yozef Çapek ixtira etmişdi. O, əvvəlcə məxluqları latınca “işçilər” mənasını ifadə edən “labori” adlandırmaq istəyir. Amma bu kəlmə könlünə yatmır və məsləhət üçün qardaşına müraciət edir. Yozef Çapek isə çex Ardı »