Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarHindistanda inəyə tələbə vəsiqəsi verildi

Hindistanda inəyə tələbə vəsiqəsi verildi

Hindistanın sosial şəbəkələri Kəşmir ştatının yerli təhsil rəsmilərini lağa tutulub.

Beyaz.Az BBC-yə istinadən bildirir ki, buna səbəb yerli Qəbul İmtahanları Komissiyasının inəyə rəsmi tələbə vəsiqəsi verməsi olub.
Vəsiqə "Kachir Gaw" adına yazılıb, bu isə yerli dildə "qonur inək" deməkdir.

Həmin sənəddə Kachir Gaw-nun atasıın adı Gur Dand kimi yazılıb, yerli dildə həmin ad "öküz" kimi tərcümə edilir.
Həmin tələbə vəsiqəsinə inək fotosu da vurulub.

Bu vəsiqənin sahibi kollecə imtahan vermək hüququna malikdir.

Komissiyanın rəhbəri vəsiqənin hansısa oyunbazlar tərəfindən hazırlandığını bildirərək, bunu edənlərin məsuliyyətə cəlb olunacaqlarını bəyan edib.
Onun sözlərinə görə, vəsiqələrin verilməsi prossesi kompüterləşdirildiyindən insan fotosunu inək fotosundan sistem ayıra bilməyib. Ardı »

Maraqlı MelumatlarQızıl istehsal edən bakteriyalar

ABŞ-dakı Miçiqan Universitetinin mikrobiologiya və molekulyar genetika fakültəsinin əməkdaşı, professor Kazım Kaşefi ilə elektronika fakültəsinin professoru Adam Braun hazırladıqları kompakt laboratoriyada «Cupriavidus metallidurans» adlı bakteriya ilə təbiətdə olan zəhərli kimyəvi turşu, heç bir maddi dəyəri olmayan qızıl xloridini bir araya gətirərək qarışdırıblar.

Bakteriya qızıl xloridindəki zəhərli və çöküntü qarışıq maddələri «yeyərək» bir həftə içində qarışığı 999 əyarlı külçə qızıla çevirib.Kaşefi və Braunun dediklərinə görə, onların kompakt laboratoriyada gerçəkləşdirdikləri kəşf təbiətdə qızılın yaranması və bir yerə toplanaraq külçə halını alması prosesinin təkrarıdır.Professorların «The Great Work of the Metal Lover» (Metal sevənin böyük əsəri) adlandırdıqları laboratoriya dünyanın ən nüfuzlu rəqəmsal mədəniyyət, elektronik və Ardı »

Maraqlı MelumatlarAlbert Eynşteyn haqqında 10 maraqlı fakt

1. Başı yekə Eynşteyn
EnşteynEynşteyn başı yekə, özü də kök bir uşaq olub. Doğularkən başı o qədər böyük olub ki, deformasiyaya uğrayıb. Əvvəlcə elə biliblər ki, uşaq anormaldır. Ancaq sonradan bəlli olub ki, uşaqda hər şey qaydasındadır. Bundan sonra anasını uşaqla birlikdə evə buraxıblar. Sonradan Eynşteynin nənəsi bir müsahibədə onun haqda belə demişdi: "Eynşteynin uşaqlığı digər uşaqlara nisbətən bir addım gec başlamışdı…”

2. Danış, Eynşteyn
Eynşteyn uşaqlığında danışmaqla bağlı problem də yaşayıb. Dili çox gec açılan Eynşteyn, dil açıb danışmağa başlayandan sonra da yavaş danışırmış. Bu doqquz yaşına qədər davam eləyib. Anası və atası onun xəstə olduğunu düşünüb çox qorxurmuşlar. Ancaq bir dəfə, Ardı »

Maraqlı MelumatlarFotoaparat alarkən nələri bilmək lazımdır?

Fotoaparat işığın köməyilə hərəkətdə olmayan obyektlərin görüntüsünün alınması və fiksasiyası qurğusudur. O insanlar tərəfindən maraq kəsb edən anların şəklin yaddaşına köçürülməsi üçün istifadə olunur. Hər kəs evində belə bir qurğunun olmasını istəyir. Lakin ticarət şəbəkələrindən fotoaparat əldə etmək istəyərkən istehlakçı müəyyən çətinlik qarşısında qalır. Çünki hazırda satışda olan ən müxtəlif çeşiddə və keyfiyyətdə olan fotoaparatları fərqləndirmək həqiqətən çətindir. İqtisadi İnkişaf nazirliyinin mətbuat xidmətindən verilən maarifləndirici məlumatda istehlakçılara fotoaparatlar haqqında bəzi zəruri məlumatlarla tanış ola bilər
.

İstehlakçı olaraq hər kəs fotoaparat alarkən ilk növbədə ondan hansı səviyyədə, harada və nə məqsəd üçün istifadə olunmasını dəqiq aydınlaşdırmalıdır. Çünkü fotoqrafiyaya yeni maraq göstərənlər Ardı »

Maraqlı MelumatlarDilənçi pulları 3 gündə sayıldı

Dilənçi pulları 3 gündə sayıldı

Dilənçinin pulları tam 91 kilo idi və 3 gündə sayılabildilər.
Hindistanın Kalküta şəhərində bir bank, hesab açdırmaq istəyən dilənçinin gətirdiyi mədən pulları üç gündə sayıla. Laxmi Das adlı dilənçi qadın, 91 kiloqram gələn pulları, uşaq iflici olduqdan sonra, 40 ildir yığdığını söylədi.
16 yaşında dilənməyə başlayan Das, "Bu pulları dilənə bilməyəcəyim günlər üçün saxladım. Bir gün yaşlanacağımı və xəstəliklərə qalacağımı bilirdim, başqa sözlə ehtiyatlı davrandım" dedi. Bankın Müdiri də Dasın insanları qənaət etməyə təşviq edə biləcəyini və nümunə ola biləcəyini ifadə etdi. Ardı »

Maraqlı MelumatlarHəbsə atılmış 10 dahi

1Migel de Servantes
Servantes (1547–1616) məşhur ispan yazıçısı və dramaturqudur. Onun şahəsəri “Don Kixot” bəziləri tərəfindən ilk müasir roman kimi qəbul edilir.
Maliyyə problemlərinə görə, İspan Armadasında tədarükçülüklə məşğul olan Servantes daha sonra vergi yığan vəzifəsində işləyib. 1597-ci ildə son 3 illik hesabındakı ziddiyyətlərə görə həbs edilib.
2. Volter
Volter (1694–1778) fransız maarifçilik dövrünün yazıçısı, esseisti və filosofu idi. O, intellekti, fəlsəfi mülahizələri, vətəndaş azadlıqlarını müdafiə etməsiylə məşhur idi. Volter yaradıcılığı boyu demək olar ki, bütün janrlara müraciət etmiş, 20.000-dən çox məktubun və iki mindən çox kitab və broşuraların müəllifidir.
Volter əsərlərində hökumət və katolik kilsəsinə etdiyi hücumlara görə, tez tez bu qurumlarla problemlər yaşayırdı. Ədəbi Ardı »

Maraqlı MelumatlarAzərbaycanda ən çox istifadə olunan yalanlar

"Biz sizinlə əlaqə saxlayacağıq”.
Əgər bir insan deyirsə ki, həyatda heç vaxt yalan danışmayıb, elə ən böyük yalanı da odur. İnsanın həyatında yalan danışmaması mümkün deyil. Bəs biz azərbaycanlılar ən çox hansı yalanı danışırıq? Bu sualın cavabını öyrənmək üçün Facebook-da kiçik sorğu keçirdik. Sorğumuzda iştirak edənlər öz fikirlərini yazdılar.

Məlum olub ki, Azərbaycanda ən çox danışılan yalanlar bunlardır:

1. "Biz sizinlə əlaqə saxlayacağıq”.
Bu yalanı iş axtaranlar tez-tez eşidirlər. Hər hansı bir vakansiya üçün CV göndərirlər və müsahibəyə dəvət alırlar. Müsahibədən sonra şirkətin əməkdaşı deyir ki, əlaqə saxlayacağıq. İş axtaran da bəzən aylarla həmin "əlaqənin” nə vaxt saxlanacağını gözləyir.

2. "Gələn aydan idmana Ardı »

Maraqlı MelumatlarMaraqlı faktlar....

1. Təyyarədə saçlar iki dəfə daha sürətlə uzanır

2. Mavi gözlü insanlar ağrıya daha həssas olurlar

3. Arilar dördə qədər saya bilirlər

4. Tarakan 9 gün başsız yaşaya bilər onuncu gün aclıqdan ölərlər

5. ABŞ sakinləri hər gün ortalama 18 hektar pizza yeyirlər.

6. Qorxmuş insan daha yaxşı görür.

7. Ok-dünyada ən populyar sözdür.

8. İlbiz 3 il yata bilər.

9. Alyaskanın bayrağını 13 yaşlı oğlan tərtib edib.

10. İngilis kitabxanalarında ən çox oğurlanan kitab "Ginnesin rekordlar kitabı”dır.

11. Günəş sistemində yeganə planet Veneradır ki, saat əqrəbinin əksinə fırlanır.

12. Öz dirsəyini yalamaq anatomik olaraq mümkün deyil.

13. Bu mətni oxuyan hər kəs, öz dirsəyini yalamağa cəhd edir.

14. Ardı »