Kitablar elm → Azərbaycan memarlığında baştağlar (kitab)
Mövzusu
Baştağlar hələ qədim zamanlardan dünyəvi, dini, həm də müdafiə tikililərinin fasad həllində işlənib. Hazırda bu ənənə dini tikililərdə, inzibati dünyəvi tikililər silsiləsindən binalarda qorunub, az-çox istifadə olunsa da, şəhərsalmada əsas yer tutan ictimai, yaşayış, məişət və infrastruktur binalarının layihələndirilməsində demək olar ki, özünü göstərmir. Əslində, ta qədimdən (ən azı tikilinin giriş hissəsinin təşkilində) milli memarlıq kompozisiyasına, onların arasında baştağlara geniş yer verirdilər. O çağlar memarlıqda girişin iki növü formalaşmışdı: baştağlar və portallar. Portalların ən bitkin növünə qədim yunan memarlığında, baştağlara isə qədim Misir memarlığında rast gəlinir. Memarlıq alimi Rayihə xanım Əmənzadə XI əsrdən sonra Azərbaycanda milli memarlıq məktəblərinin formalaşdığı dövrdə yaranan Ardı »