Kitablar elm → Xaçın xətri üçün
Beyrutda yaşayan Erməni jurnalist David Yeriyan adlı erməni jurnalist vaxtilə Dağlıq Qarabağ döyüşlərində iştirak etmiş və şahidi olduğu hadisələr barədə "Xaçın xətri üçün" ("For the sake of cross") kitabında yazıb. AzərTAc-ın məlumatına görə, ingilis dilində çap edilmiş kitabda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söhbət açılır. Əsərdən hissələr:
"...bəzən öldürülmüş azərbaycanlıların meyitləri üzərindən keçməyə məcbur olurduq. Yaxşı xatırlayıram, Daşbulaq deyilən yerin yaxınlığındakı bir bataqlıqdan keçmək üçün ölü bədənlərdən özümüzə körpü düzəltmişdik. Mən bu cansız insan bədənlərinin üzərindən keçməkdən imtina etdikdə, Ohanyan adlı mayor mənə qorxmamağı əmr etdi. Rütbəcə böyük komandirin əmrinə əməl etmək hərbi qanunlardan biri olduğu üçün mən ona tabe oldum. 9-10 Ardı »