Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitablar elmJurnalistlər üçün Hərbi Məlumat Kitabı

Jurnalistlər üçün Hərbi Məlumat Kitabı - jurnalistlər üçün nəzərdə tutulmuşdur. Redaktoru Cavid İsmayıl, tərtib edənləri Rəşad Süleymanov və Ramil Məmmədlidir.

Kitabda müdafiə sektorundan yazan jurnalistlər, eləcə də bu mövzuya maraq göstərənlər üçün gərəkli olan bir sıra hərbi terminlərin və anlayışların izahı verilib. Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Sərhəd Qoşunları kimi spesifik strukturlara aid terminlər ayrıca bölmədə göstərilib. Kitaba Azərbaycanın hərb tarixinə bağlı günlər, hərbi nazirliklər və qeyri-hökumət təşkilatlarının ünvanları, əlaqəli şəxsləri, veb-saytları, elektron poçtları daxil edilib.
[redaktə]
Mənbələr haqqında

Kitabdakı anlayışların toplanmasında müxtəlif mənbələrin məlumatlarından istifadə olunub. Sahələr üzrə terminlərin izah olunmasında APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik(ANAMA), Dövlət Sərhəd Xidməti, Daxili Ardı »

Kitablar elmMoldova Qırmızı Kitabı

Moldova Qırmızı Kitabı — Moldova Respublikasında yox olmaq təhlükəsində olan heyvan, bitki və göbələklər.

Moldova Qırmızı Kitabına daxildir:
117 - bitki növü.
9 - göbələk növü.
116 - heyvan növü. Onlarda 14-ü məməlilər, 39-u quşlar, 8-i sürünənlər sinfinə daxildir.
12 - balıqlar.
37 - həşəratlar təşkil edir. Ardı »

Kitablar elmTəhsil tariximizin qara ləkələri (kitab)

Təhsil tariximizin qara ləkələri — Azərbaycan təhsilinin problemlərindən bəhs edən kitab.

Müəllifin mətbuat səhifələrində dərc olunmuş açıq məktubları, məqalələri və müsahibələri əsasında hazırlanmış bu kitabda son 10-12 ildə Azərbaycanda təhsilin məzmununda baş verən dağılmalar, onların yaranma səbəbləri və aradan qaldırılma yolları haqqında söhbət gedir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabdan müəllimlər, metodistlər, təhsil təşkilatçıları, habelə pedaqoji sahə ilə maraqlanan digər mütəxəssislər də faydalana bilər. Ardı »

Kitablar elmQarışqalar (roman)

«Qarışqalar» (fr. Les Fourmis) — fransız yazıçısı Bernar Verberin "Qarışqalar" trilogiyasından ilk əsəridir. Hələ 16 yaşındaykən bu əsəri yazmağa başlayan yazıçı onu yalnız 1991-ci ildə çap etdirməyə müvəffəq olur. İki milyondan çox nüsxəsi satılan kitab 30-dan çox dilə tərcümə edilmişdir.

Mündəricat [gizlə]
1 Süjeti
2 Personajlar
2.1 İnsanlar
2.2 Qarışqalar
3 Şəhərlər
4 Maraqlı faktlar
5 Sitatlar
6 Xarici keçidlər

[redaktə]
Süjeti

Əsər paralel mövcud olan iki "dünya"dan: qarışqaların və insanların sivilizasiyasından bəhs edir. Burada qarışqaların yaşadığı yer Paris yaxınlığındakı kiçik bir parkdır. Bütün roman boyu bu "dünyalar" əlaqədə olmur və hətta heç qarşılaşmırlar. Bu yalnız əsərin sonunda baş verir.

Qarışqalar tərəfdən hadisələr qış yuxusundan sonra qırmızı qarışqalar federasiyasının mərkəzi şəhəri Ardı »

Kitablar elmKuzari (kitab)

"Kuzari" (ərəbcə tam adı "Kitabül-hüccə vəd-dəlil fi nasr-əd-diniz-zəlil", tərcüməsi "Əzilmiş dinin müdafiə və isbatına dair kitab" (ərəb. كتاب الخزر‎‎)- Yəhuda Haləvinin yazdığı ən mühüm kitabdır.
[redaktə]
Mövzusu

Kuzari yəhudi dilində xəzər deməkdir. Müəllif bu əsərdə xəzərlərin iudaizmi qəbul etməsinə toxunmuş, bu məsələni fəlsəsfi yolla izah etməyə çalışmışdır. Burada xəzər xaqanının dinə dair yuxular görməsi və bunun yozulması üçün filosof, xristian və müsəlman din alimini saraya dəvət etməsi təsvir edilmişdir. Əsərdə yəhudilərin həqir görüldüyü üçün onların təmsilçisinin saraya dəvət edilmədiyi xüsusi vurğulanmışdır. Daha sonra bu şəxslərin xaqanla söhbətinin onu inandırmağa kifayət etmədiyi bildirilmiş, xaqanın da yəhudi mütəffəkiri ilə mükalimə aparmaq istəyinin yarandığı bildirilmişdir. Bu mükalimə Ardı »

Kitablar elmMaster və Marqarita

Master və Marqarita (rus. Ма́стер и Маргари́та) — Mixail Bulqakov tərəfindən yazılmış, iblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən roman. Bir çox tədqiqatçılar əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər.

M. A. Bulqakov XX əsrin əvvəllərində "Caynaqlı mühəndis" adlı roman yazmağı düşünsə də, həmin əsəri az sonra "Master və Marqarita" adlandırır. Bu roman Bulqakovun sonuncu kitabı olur.

"Master və Marqarita" əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və Ardı »

Kitablar elmMiras: Bakının sirri (kitab)

Miras: Bakının sirri kitabı Çingiz Mehbaliyev tərəfindən intellektual detektiv janrında yazılmış romandır və 2012-ci ildə Bakıda, Azərbaycan dilində “Elm və təhsil” nəşriyyatında çap olunub.[1] Bakıdakı əksər kitab mağazalarında[2] və Amazon-da satılan[3] kitab ilk gündən oxucular tərəfindən maraqla qarşılanıb.[4]Mündəricat [gizlə]
1 Kitabın yazılma məqsədi
2 Müəllif hüquqları
3 Məzmunu
4 Janrı
5 Oxucu fikirləri
5.1 Bloqçuların fikirləri
5.1.1 İbrahim Niftiyev
5.1.2 Günel Mehrəliyeva
5.1.3 Qələndər Məmmədli
5.1.4 Nilufər Elçinqızı
5.1.5 Arzu Quluzadə
5.1.6 Arzu Fariz
5.2 Ziyalıların fikirləri
5.3 Onlayn kitab saytlarında
6 Oxucularla görüşlər
7 Novator xüsusiyyətləri
8 Mətbuatda kitab haqqında
9 Xarici keçidlər
10 İstinadlar

[redaktə]
Kitabın yazılma məqsədi

Müəllif öz kitabi ilə Qız qalasının və Bakının tarixinin timsalında əşyalara və hadisələrə fərqli münasibəti nəzərə çarpdırmaq istəyir. Müəllif Ardı »

Kitablar elmXəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət

Ön söz

İngilis dili dünyada çox müxtəlif cəmiyyətlərə və sahələrə xidmət edən əsas informasiya daşıyıcısı kimi sürətlə beynəlxalq dilə çevrilməkdədir. İngilis dili xəbər və yeniliklərin dünyada geniş yayılmasında da çox mühüm əhəmiyyət kəsb edir. O, indi dünyada sənaye və siyasət sahəsində aparıcı dildir. Buna görə də ingilis dilini öyrənməyə və bu dilin zəngin informasiya daşıyıcısı olan lüğətlərə böyük ehtiyac var. Məhz bu ehtiyac Xəzər Universiteti Lüğət və Ensiklopediya Mərkəzini[1] və Xəzər Universiteti Nəşriyyatını[2] ingiliscə-azərbaycanca 6 cildlik böyük və əhatəli bir lüğət hazırlamağa sövq etmişdir.
[redaktə]
Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət

Bu lüğətə, yəni Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğətə (XİABL)[3] təxminən 250 000 söz, külli miqdarda ifadə və Ardı »