Azeri Letifeler → Molla iki nəfər yoldaşı ilə çöldə işləyirmiş.
Molla iki nəfər yoldaşı ilə çöldə işləyirmiş. Arvadı bir az süd gətirir.
Başlayırlar südə çörək doğrayıb yeməyə. Molla, bir də yoldaşlarından
biri nə qədər doğrayırlarsa, üçüncü yoldaş gözləmədən yeyir.
256
Bir-iki dəfə deyirlər, kar salmır. Axırda Molla əlindəki çömçə ilə
onun başına bir çəkir, kişi yıxılır. Molla baxır ki, kişi ölüb, çömçəni
yerə tullayıb deyir:
– Nə doğrar, nə basar, nə də əlini süddən kəsər. Bircə çömçə də
vurcaq bir dəfəlik küsər ki, küsər. Ardı »