Molla bir gün öz-özünə fikirləşir ki, bahalıqdır, arpa ala bilmirəm,
gəlsənə eşşəyin arpasını azaldam. Özü öz fikrini bəyənir, elə haman
gündən də eşşəyin arpasını azaltmağa başlayır. Baxır ki, eşşəyin halına
təfavüt eləmədi. Sabahısı yenə bir az arpadan, bir az da samandan
azaldır. Baxır ki, yox, eşşək bir az sustalıb, amma o qədər də əsəri olmayıb.
Di bir az-bir az eşşəyin arpasını lap kəsir. Samanı da gündə
bircə dəfə verir. Bu hal ilə bir neçə vaxt keçir. Bir gün səhər tövləyə
gəlib görür ki, eşşək ölüb.
Bir ah çəkib deyir:
– Eşşəyə yaxşı qənaət öyrədirdim, hayıf ki, əcəl aman vermədi.
molla Nesreddin Ardı »