Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AyelerƏL-İSRA SURƏSİNİN ŞƏRHİ (16-30)

(17. 16) “Əgər Biz bir diyarı məhv etmək istəsək, əvvəlcə onun cah-calal içində yaşayanlarına itaət etməyi əmr edərik. Onlar şərəfsizliyə qurşandıqda, Sözümüz barələrində gerçəklə-şər və Biz onu tamamilə məhv edərik”.
(17. 17) “Nuhdan sonra Biz nə qədər nəsllər məhv etmişik! Allahın qullarının günahını bilməsi və görməsi kifayətdir!”

Fövqəluca Allah bu ayələrdə bildirir ki, sakinləri zalımlıq edən şəhər və kəndlərin məhv edilməsindən əvvəl, O, həmin şəhərlərin varlı sakinlərinə şərəfsizliyə qurşanmağa imkan verir. Lakin onların zalımlığı yol verilən bütün hədləri aşıb keçdikdə, cəza haqqında vəd edilmiş və qaçılması mümkün olmayan söz icra edilirdi və Allah onların kökünü tamamilə kəsirdi. Bu qismət, Nuhun (ə) xalqına, adlara, Ardı »

Ayeler“ƏN-NƏHL” SURƏSİNİN ŞƏRHİ 1-20

(16.1) “Allahın hökmü gələcəkdir və onun tezləşdirilməsinə cəhd göstərməyin. O, onların qoşduğu şəriklərdən uzaqdır və fövqəlucadır”.

Fövqəluca bəyan edir ki, Onun vədi haqdır və çox tezliklə gerçəkləşəcəkdir. Mütləq gerçəkləşən nə varsa, onu yaxın adlandırmaq lazımdır.( Bu o deməkdir ki, əgər bir şey hökmən həyata keçiriləcəksə (Allahın Quranda buyurduqları istisnasız bu qəbildəndir), onun yaxınlarda gerçəkləşəcəyini qəbul etmək lazımdır. F.S.) Fövqəluca həmçinin bildirir ki, müşriklərin qoşduğu şəriklərə, oğula və ya zövcəyə və Onu məxluqlarla bərabərləşdirməyə Onun heç bir aidiyyəti yoxdur. O, Onun əzəmətinə yaraşmayan və ya Onun kamilliyinə zidd olan hər şeydən sonsuzluğa qədər uzaqdır. Bunları xatırlatdıqdan sonra Fövqəluca Allah Özünün peyğəmbərlərinə nazil etdiyi Ardı »

AyelerƏL-KƏHF SURƏSİNİN ŞƏRHİ(1-20) Ayələr

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

(18.1) “Həmd olsun o Allaha ki, quluna Kitab nazil etmiş və onda nöqsana yol verməmiş”,
(18.2) “və onu dopdoğru etmişdir ki, dərgahından gələcək ağır əzabdan çəkindirsin, saleh əməllər işləyən möminlərə onlar üçün gözəl mükafat hazırlandığı haqqında müjdə versin ki, ”
(18.3) “onlar orada əbədi qalacaqlar”

“Həmd” sözü ilə, Onun kamil sifətlərindən və həmçinin insanların onun sayəsində öz dünyəvi və ruhani həyatını sahmana saldıqları aşkar və gözlə görünməyən Səxavətindən istifadə etməklə Allahı tərifləmələri nəzərdə tutulur. Şübhəsiz ki, bu nemətlərdən ən şərəflisi Allahın qulu və Elçisi Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi Əzəmətli Kitabı – Müqəddəs Ardı »

Ayelerİnzar ayəsi

İnzar ayəsinə (آیه انذار) məşhur olan ayə Rəd surəsinin yeddinci ayəsidir ki insan toplumlarının hər zaman bir yol göstərici və lideri olmasının dəlili və habelə bəzi sünnü və şiə mənbələri və inanclarına görə Əli bin Əbu Talib-in peyğəmbərdən sonra müsəlmanların lider və rəhbəri olmaqdan xəbər verir ki şiələr ona imam deyillər.[1] inzar ərəbcədə xəbardarlıq vermək və uyarmaq mənasını verir.Mündəricat [gizlə]
1 Yazı və tərcüməsi
2 Təfsir(açıqlama)
3 Həmçinin bax
4 Xarici keçidlər
5 İstinadlar

[redaktə]
Yazı və tərcüməsi

وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ[2]


az: Kafir olanlar: "Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?" - deyirlər. Sən Ardı »

AyelerƏL-KƏHF SURƏSİNİN ŞƏRHİ(33-50) Ayələr

(18.33) “Hər iki bağ bəhrə verirdi və onlardan heç bir itki olmurdu, aralarından isə Biz çay salmışdıq”.

Bu bağların sahibi bol meyvə və taxıl məhsulu götürürdü və hətta onun bol məhsulunun cüzi bir hissəsi belə zay olmurdu. Suya gəldikdə isə, bu bağlarla yanaşı geniş çay axırdı. Bunun sayəsində bu adamın var-dövləti artırdı. O, gözəl meyvələr yığırdı. Onun ağacları xəstəlik və nöqsanlardan xali idi. Bu hər bir əkinçinin xəyalından keçirə biləcəyi bir həddi və buna görə bu bağların sahibi öz xoş güzəranına aldandı. O, lovğalandı və öz Axirət gününü unutdu.




(18.34) “Onun məhsulu (və ya varı) vardı və o, öz yoldaşı ilə söhbəti zamanı Ardı »

AyelerƏL-İSRA SURƏSİNİN ŞƏRHİ (71-100) ayələr

(17.71) “Həmin Gün Biz bütün insanları onların başçıları ilə birlikdə bir yerə yığacağıq. O zaman kitabı sağ əlinə verilənlər, onu oxuyacaq və onlara hətta xurma çəyirdəyinin lifi qədər ədalətsizlik göstərilməyəcək”.

Fövqəluca, Qiyamət günü məxluqların onlara doğru yolla getməyi nəsihət edən başçıları ilə birlikdə çağırılıb bir yerə yığıla-caqları zaman hallarının necə olacağını bildirir. Onlar elçilər və onların işinin davamçıları olan xeyirxah möminlər olacaqlar. Hər bir icma bir yerdə toplanacaq və bu zaman onu doğru yola dəvət edən Allahın elçisi icmaya yaxınlaşacaqdır. Sonra insanların əməlləri Allahın elçisinin təbliğ etdiyi Kitabla tutuşdurulacaq və onda insanlar iki dəstəyə ayrılacaqlar.
Bəzilərinə can dəftəri sağ əlinə veriləcək, çünki Ardı »

Ayeler“ƏN-NƏHL” SURƏSİNİN ŞƏRHİ 51-80

(16.51) “Allah: “İki tanrıya sitayiş etməyin! O, yalnız Tək olan Allahdır. Yalnız Məndən qorxun!”– dedi”.
(16.52) “Göylərdə və yerdə nə varsa, Onundur. Din isə daim Ona məxsusdur. Siz Allahı qoyub, başqasındanmı qorxursunuz?”

Fövqəluca şərik qoşmadan təkcə Ona ibadət etməyi buyurmuşdur. Belə ibadətin zəruri olması təkcə Onun qullarına nemətlər əta etməsiylə izah olunur. Uydurulmuş “ilaha” ibadət etməklə onu Allaha şərik qoşmaq olmaz, çünki təkcə bir Allah vardır ki, əzəmətli sifətlərə malikdir və həmdəlayiq əməllər yerinə yetirir. Heç kim Onunla bərabər ilahi mahiyyətə, gözəl adlara, kamil sifətlərə və həmdəlayiq əməllərə sahib deyil. Heç kim ibadət və ilahiləşdirilmə haqqını Onunla bölüşdürməməlidir. Bax buna görə sonra Allah Ardı »