Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RamazanQurani-Kərimin dəyəri

Ən əsas, hər bir müsəlmanın dərk etməsi gərək sayılan şərt Qurani-Kərimin həqiqi dəyəri və qiymətidir. Onun qiymətini dərk edəriksə, layiq olduğu və gərək sayılan məqamda tutarıq. Həm də insan, qiymətini dərk etmədiyi bir şeyə əhəmiyyət verə bilməz.
- Qurani-Kərim, müttəqilərə və mütilərə bir hidayətdir, yollarında çıraqdır. Allah Təala bunu Qurani-Kərimin lap başlıqlarında bildirmişdir; “Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır” (əl-Bəqərə, 2).

- Qurani-Kərim, özündən əvvəl nazil olan kitablarda buyurulanları özündə ehtiva edir. “Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik.” (əl-Maidə, 48).
- Qurani-Kərimə Allah təalanın verdiyi adlar özü bu kitabın Ardı »

RamazanŞƏVVAL ORUCU

[color=#039b80]Ramazan ayından sonra gələn şəvval ayında oruc tutmaq Rəsulullahın bir sünnəti olaraq günümüzə qədər gəlib çıxmışdır. Rəsulullahın bu barədəki hədisində belə deyilir:
"Kim orucla keçirdiyi Ramazan ayından sonrakı şəvval ayında altı gün oruc tutarsa, bütün ili oruclu keçirmiş kimi olar!"

Bir ay boyunca oruca alışmış olan insanlar şəvval ayında da altı gün oruc tutmağa böyük maraq göstərmiş, hətta bu orucu tutarkən təravih namazlarını da qılmışdılar. Təbii ki, bu maraq səbəbsiz deyil. Rəsulullah (sas) şəvval ayı orucunun bir il oruc tutmuş kimi savaba vəsilə olacağını bildirdiyi üçün müsəlmanlar bu aydakı oruca maraq göstərmiş və Ramazan orucunu tutanlar şəvval ayında da altı gün oruc tutmaqla Ardı »

RamazanSEVGİ

[color=#f82e00]Sevginin nə olduğundan xəbərdarıqmı? Sevgi bir cazibə qüvvəsidir. Sevgi ürəyin bir meyvəsi. İnsan sevgini ruhu ilə yaşayır, duyur. Sevgi insanın xərclədikcə artan qüvvəsi. Sevgi varlıq sualının cavabı. Necəmi? Olmayan bir şeyə sevgi duyulmaz. Sevmək üçün obyekt gərəkdir. Sevgidən danışırıqsa demək sevən və sevilən mövcuddur. Sevgini bilən və yaşayan, qəlbində sevgi toxumu daşıyan biri mütləq onu paylaşacaq birini axtarar. Ətrafımızda gördüyümüz və görmədiyimiz, duyduğumuz və duya bilmədiyimiz hər şeyin bir Yaradanı, tək bir Sahibi mövcuddur. Sevgini Yaradan Allah yaratdığı hər varlığın nüvəsinə sevgi yerləşdirmişdir. Torpaq və bitki. Torpaq bitkini sevməsəydi, üzərində gəzdiymiz yer bitkilərlə dəlik-deşik ola bilərdimi? Üzərində bitki yetişməyən torpağı təsəvvür Ardı »

RamazanRAMAZANDA QAZANAN VƏ İTİRƏN

[color=#03939b]Şübhəsiz ki, həmd Allahadır. Ona həmd edir, Ondan yardım və bağışlanma diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəldibsə, onu heç kim haq yoldan azdıra bilməz, kimi də haq yolda azdırıbsa, ona hidayət edən olmaz. Şəhadət edirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur. Allah Ona, ailəsinə və əshabına xeyir-dua etsin. Ey Allahın qulları! Təqva ilə Allahdan layiqincə qorxun.

Çünki, təqva, yaxşıların malı və xeyirli insanların sərmayəsidir. Ey qardaşlar! Müsəlmanlara, özəl bir şərəfi və dəyəri olan böyük bir ay gəlmişdir. Allah Ardı »

Ramazan6.Qəliz (qatı) tozu boğaza çatdırmaq

1.Qatı tozu boğaza çatdırmaq – istər yeyilməsi halal olan şeyin (un,toz və s.) tozu olsun, istərsə də haram olan şeyin tozu, orucu batil edir.

2. Vacib ehtiyata əsasən, orucu tutan şəxs qatı buxarı, siqaretin və s. bu kimi şeylərin də tüstüsünü boğaza şatdırmamalı.

3. Əgər şəxs gözləməsə və toz, buxar, tüstü və s. kimi şeylər boğazına daxil olsa, amma əgər boğazına çatmayacağına xətircəm olarsa, orucu səhihdir (düzdür). Əgər oruc olduğunu unudub özünü gözləməsə və ya ixtiyarsız olaraq toz və s. kimi şeylər onun boğazına çatsa, eybi yoxdur.
Ardı »

RamazanRamazan ayının gəlməsi və təyini.

Allaha həmd olsun ki, Ramazan ayına yaxınlaşırıq. Ramazan ayı xeyir-bərəkəti çox olan ən əzəmətli aydır. Bu ayın digər aylara üstünlüyü Günəşin ulduzlara üstünlüyü kimidir. Bu ayda çoxlu xeyirlər vardır.

Hər bir insan bu ayda oruc tutmaqla Allahın razılığını əldə edə bilər. Bu ayda oruc tutmaq hər bir müsəlmana vacibdir, mütləq tutmalıdırlar. Bu ayın qış günlərinə, uzun yay günlərinə düşməsinə baxmayaraq oruc tutmaq Allahın əmri olduğu üçün hər bir müsəlman oruc tutmalıdır. Ramazan ayını görmək artıq o deməkdir ki, sən oruc tutmağa başlamalısan. Oruc tutmaq hər bir həddi büluğa gəlmiş müsəlmana vacibdir. Yəni mütləq oruc tutmalıdır.
Ayı görən kimi oruc tutmaq vacib Ardı »

RamazanOruc əvəzinə yemək deyildiyində bütün gün yemək verməl yoxsa bir dəfə nəzərdə tutulur?

sual-
Es-selemu aleykum va rahmetullah,qardash.Allah s.t sizden her iki dunyada razi olsun
ve Firdosunda gorushdursun bizi. Elminizi artirsin ve butun muselmanlar u4un faydali
etsin.
1. Orucun evezine 1 faqiri doydurmaq dedikde butun gun erzinde doydurmaq nezerde
tutulur, yoxsa yalniz 1 yemek saati (yeni ancaq sham ve ya nahar ve s.)?

cavab-
va aleykum salam va rahmatullahi va barakatuhu
Bu gözəl dualarınız üçün Allah sizdən razı olsun və hamımıza bu cənnəti qismət etsin.
Amin
1.Bir dəfə doyuzdurmaq nəzərdə tutulur. Ardı »