Paulo Koelyo - "Rio-Pyedranın sahilində oturdum və ağladım" → 4-cü hissə:
Mən çarpayıdan durdum, Özgə haqqında fikirləşməyi özümə qadağan elədim, təzədən pəncərəni açdım, günəşi otağa buraxdım. Onun şüası dağların qarlı zirvələrini, xəzəllə örtülü torpağı, çayı – mən onu görmürdüm, lakin şırıltısını eşidirdim - işıqlandırırdı. Günəş mənim sinəmdə əks oldu, mənim çılpaq bədənimi işıqlandırdı və mənə soyuq deyildi, çünki bütün bədənim hərarətdən yanırdı - alova, alovdan tonqala, tonqaldan yanğına çevrilən cüzi qığılcımın hərarətindən. Yanğını isə heç nə ilə söndürmək, keçirmək mümkün deyil. Mən bilirdim. Və istəyirdim. Mən bilirdim ki, bu dəqiqədən etibarən cənnəti və cəhənnəmi, nəşəni və kədəri, arzuların həyata keçməsini və çarəsiz ümidsizliyi tanıyacam, bilirdim ki, qəlbimin gizlinlərindən qalxan küləkləri cilovlamağa gücüm Ardı »