Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd İsmayıl - "Bayat"3cü hissə..

3cü hissə..

Bu dəfə də Mıkırtıç kişi başlamışdı, həm də Azərbaycan dilində:
- Qancıktan doğulan, nə "Türke dığa", "türke dığa" salmısan, o kəndin adamları olmasaydı, Osmanlıdan gələn əskərlər babanı da, dədəni də qurşuna düzərdi, onda sənin kimi it küçüyü də dünyaya gəlməzdi.
Yenə ermənicə bir şeylər söylüyürdü. Söyüşün biri bir qəpik olmuşdu. Sözlər adındakı samit cingiltiləri ilə lopa bığlarından görünməz olan çürük dişlərinin arasından çörək qırıntıları kimi ətrafa yayılırdı. Doğuşdan türklərə nifrət edən it küçüyü, deyəsən, babası Mıkırtıç kişinin söyüşlərindən sonra özünə gəldi. Dodağının altında zingildəyə-zingildəyə hirsli-hirsli Bayatın baltasını alıb fırlanan daşa toxundurdu. Daşla dəmirin toqquşmasından ətrafa qığılcımlar saçılmağa başladı. Heç Məmmədəli kişinin kəsərləri itilənərkən Ardı »

Məmməd İsmayıl - "Bayat"4cü hissə..

4cü hissə..

Ələkbərin dedikləri düz çıxacaqdı. Avqustun sonlarına doğru Bakının asfaltı muma döndərən cırhacırında "konkursa düşəcək" və kəndə anasının yanına əli ətəyindən uzun qayıdacaqdı. Kənddə onu yaxşı bir şey gözləməsə də dönəcəkdi. Suyu süzülə-süzülə anasının yanına, kəndə qayıdacaqdı. Yazıq arva­dın üzünə necə baxacaqdı? Bir aydı Bakıdan kəndə gedənlər onu ümidlən­dirmişdilər:
- Bayat, maşallah, imtahanları bir-bir verir, inşallah, qəbul olunacaq.
Anası bir ayı ümidlə, dualar edərək gözləmişdi. Kaş elə birinci imtahandan hamı kimi o da kəsiləydi, nə anasını boşuna ümidləndirəydi, nə də onun sələmə borc aldığı pulu boşuna küləyə sovuraydı, nə də havasından alov yağan Bakının köhnə dalanlarının birində, içində qarafatmalar vız vuran pəncərəsiz otağın cəhənnəm Ardı »

Məmməd İsmayıl - "Bayat"2ci hissə..

2ci hissə..

May ayında Çinar kəndinin məktəbliləri ilə Əsrik kəndinin şagirdləri arasında vəngin ətrafında müxtəlif yarışlar keçirilərdi. Bu yarışlarda çox zaman Əsrikli uşaqlar qalib gələrdi... O zaman Bayat uşaq ağlıyla bunun səbəbini öyrənməyə çalışardı. Bu, bəlkə də erməninin qanına, canına hopmuş türk qorxusunun təsiri idi, bəlkə də yox, hər halda Əsrikli uşaqların yarışlardakı hər dəfəki qələbəsi hansı sirli bir gücünsə gözəgörünən işarəti idi. Başına gəlmiş bir hadisə də onun bu qənaətini gücləndirmişdi...
Qonşuları Məmmədəli kişi ilə Çinara səfərlərini xatırlayırdı... Hardasa, on yaşı olardı. Qonşuları Məmmədəli kişi Çinara balta və dəhrələrini itilətməyə gedirdi. Bundan xəbər tutan Bayat da ağaca-daşa döyəcləməkdən korşaltdığı baltasını qoltuğuna vurub Məmmədəli Ardı »

Məmməd İsmayıl - "Bayat"1ci hissə..

1ci hissə..

Əvvəllər yer üzündə heç nə yoxdu, vaxt da boş-boşuna gəlib keçirdi. Dünyanın nə ağacı-daşı vardı, ilişib yaşıl yarpağını saraltsın, qayasını üyüdüb quma döndərsin, nə insanı vardı, cavan ömrünü qoca etsin... Sonra dünya dünya oldu, ağacı-daşı və bu ağaca-daşa "mənimdi" deyən insanı yarandı, beləcə, zamanın iş görmə zamanı gəldi...

Doğrudanmı bu onun xarakteri idi? Yoxsa bilərəkdən özünü sovet höku­mətinin kağız üzərində qalan, həyata keçməyən şablonuna uyğunlaşdırırdı. Amma o, belə idi. Atasız, köməksiz, kimsəsiz, gözüqıpıq böyümüşdü. Bəlkə sahibsizliyin, kimsəsizliyin, köməksizliyin qorxusundan gələn təmizlikdi bu? Bəlkə arxası, köməyi, dar gündə əlindən tutanı olsaydı, o da şeytan əməlinə uyar, halalına haram qatar, rüşvət də alar, hələ Ardı »