Elçin Hüseynbəyli - "Gözünə gün düşür" → 3cü hissə
Ağrılarını azaltmaq üçün buduna təzə iynə vurdu. Nəhayət, çalanı qazıb qurtardı. Balaca bir çala xeyli vaxt apardı, sanki, yekə bir evin özülünü qazmışdı. Tövlənin böyründəki təpəlikdən çürümüş peyin gətirib çalaya tökdü, ağacı çantasından ehmalca çıxardı, salafanını açıb, köklü-köməcli və torpaq qarışıq çalaya qoydu, dibini doldurdu və torpağı ayaqlamağa başladı. Bircə qalırdı çaydan su gətirmək. Amma nə ilə gətirəcəyini bilmirdi. Yola götürdüyü suya heyfi gəldi, bir müddət dayanıb ağaca baxdı, götür-qoy elədi. Bu zaman arxadan addım səsləri və hənirti eşitdi. Ehmalca arxaya döndü. İki erməni əsgəriydi. Avtomatlarını ona tuşlamışdılar. Yəqin ki, onu qarşıdakı təpədən görmüşdülər. Orda ermənilərin gözətçi postu vardı. Bunu sonradan Ardı »