Mənsurə Qaçayqızı → Yol......
vcundakı xırda pulların sayını bilə-bilə yenə saydı. Onsuz da yolboyu bir neçə dəfə saymışdı, hələ dükana çatana kimi bir neçə dəfə də sayacaqdı. Hər dəfə ovuclarını açanda xırda pulların ovcunun içini tərlətdiyini görürdü. Tərli ovucları gicişirdi. Elçin pulu necə böluşdürəcəyinin çətinliyini çəkirdi. Əlindəki bu pula həm çox sevdiyi şirniyyatı - qoz halvası almalı, həm özündən kiçik bacısına söz verdiyi şəkilli kitabı alıb aparmalı, həm də qəbiristanlığa gedib atasının məzarını ziyarət etmək üçün çiçək almalı idi. Yol pulunu düşünmürdü. Onsuz da avtobusla gedəsi deyildi. Axırıncı dəfə avtobusa nə vaxt mindiyini soruşan olsa bəlkə də cavab verə bilməzdi. Ona elə gəlirdi ki, bu Ardı »