Hafiz Hacxalıl → Bir ömrün yuxusu
İlk sevgisi daşa dəydikdən sonra sevməyi, ailə qurmağı özünə yaxın buraxmaq istəmirdi. Heç nəyə və heç kimə əyilməzliyin həndəsəsini özü yazmışdı. “Kasıb oğlandı”-demişdi sevdiyi qızın xalası. İnsanların vara, dövlətə əyilməyinin sirrini hələ anlaya bilməmişdi, zavallı. Uzun gecələrin saçından yapışıb göy üzünün qaranlıq pərdələrini aralayıb səhəri dirigözlü açardı beləcə.
“Ay bala, dərmanım qurtarıb, bu “Fillepsin” zəhrimarı beş ildi boğazıma bağlamışam, mən yazıq” - deyən anasının dərdi də bir tərəfdən ürəyindən buz baltası kimi asılmışdı.
İçində bir özü qalmışdı, bir də hamıdan çox istədiyi və qorxduğu Allahı.
“Ay Allah, məni niyə belə sınağa çəkirsən, mən bu qədərmi böyük günahların sahibiyəm. “O” məni belə atıb getdi, anamın Ardı »