İmir Məmmədli → Luk
Məktəbi qurtarandan sonra Azəristara üz tutdum. Məktəbi qurtardım deyəndə elə bilərsiniz söhbət orta məktəbi qurtarmağımdan gedir. Əsla. Suvaq işlərini nəzərdə tuturam. Nəhayət ki, məktəbin kələ-kötür divarlarını suvadım qurtardım. Sağ olsun qardaşoğlu da yaxşı kömək elədi, sementi-qumu əsasən o qarışdırırdı. Mənsə, o vedrə-vedrə gətirdiyi palçığı divara vururdum.Vurha-vur, vurha-vur.Axırıki qurtardı. Bitirməyə gəldikdə, orta məktəbi bitirməmişəm. Direktor məni yola vermədi, yarımçıq buraxmalı oldum. Anam dedi, direktorun acığına oğlum Tibb Universitetinə girməlidir. Girə bilmədim. Məxsusi olaraq mənim üçün təşkil edilmiş atestat batmasın deyə, həmin il atamın yaxın tanışı məni baytarlıq texnikumuna düzəltdi. Nəticədə, nənəm demişkən, adam doxturu olmasam da, mal doxturu oldum. Nə fərqi var, Ardı »