Mübariz Cəfərli → Gedən
O, getdi. Qapını bağlayandan sonra divana yayxanıb ayaqlarımı stula uzatdım.
O, gedəndə mənə göz vurub: "Hər şey yaxşı olacaq", - dedi.
Mən gülümsündüm.
İndi, köynəyimin döş cibindən siqaret cıxarıb yorğun-yorğun alışdıranda və əyilib jurnal stolundakı külqabını götürüb qasığımın üstünə qoyanda düşünürəm ki, gərək gülümsəməyəydim, bir söz deyə bilməsəm də, heç olmasa baxışlarımla, sir-sifətimin ifadəsi ilə cavabını verəydim. Anlamalıydı ki, az-çox mənim də dünya işlərindən başım cıxır.
Son sözü tam və qəti qələbədən xəbər verirdi:
"Çao".
Mən bu kəlməni o dəqiqə tərcümə elədim: "Balqabaq!"
Əslində onu "balqabaq"lığıma qeyd-şərtsiz inandırmaqdan ötrü qımışdım.
O, qapıdan çıxanda divar saatı altını vurdu və qəfil yadıma düşdü ki, Ələkbərin köhnə "Moskviç"inə minib kəndimizdəki uçulub-dağılmış dəyirmanın Ardı »