Hüseyn Cavid → Məyus bir qəlbin fəryadı
Ey nəşvəli, ey işvəli ümmid!
Lənət sana, ey afəti-cavid!
Artıq yetər, əl çək, bən usandım;
Əvvəl səni bir bakirə sandım,
Arqan sıra gəzdim yapa-yalnız,
Həp məkrinə uydum sənin, ey qız!
Get! Anladım artıq nə imişsin.
Duydum ki, nasıl fitnə imişsin.
Bir başqa dil-aşüfteyi get, bul!
Keç, get! Sırıtıb durma, kənar ol!
Dəf ol ki, gözüm görməsin əsla,
Yaqdın bəni, ey sıtmalı xulya!
Qarşımda durub titrəmə, ey zill!
Bitdim, daha yoq bəndə təhəmmül.
İnsan nə qədər maili-qəflət!?
Səndən umuyor zevqi-səadət!
Var bir quru hikmət, o da yanlış...
Ümmid ilə guya yaşanırmış!
Bir söz ki: yalan, saçma, xurafat...
Aldanmam o əfsanəyə, heyhat!..
Ey yəs! Sən ey hüzni-sərazad!
Ağuşuma gəl, qıl bəni dilşad!
Ruhimlə bərabər yaşa yalnız,
Gəl qəlbimə gir, ey sarı yıldız.
Yalnız bana ol munisü həmdəm!
Yalnız Ardı »