Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məyus bir qəlbin fəryadı
Məyus bir qəlbin fəryadı

Ey nəşvəli, ey işvəli ümmid!
Lənət sana, ey afəti-cavid!
Artıq yetər, əl çək, bən usandım;
Əvvəl səni bir bakirə sandım,
Arqan sıra gəzdim yapa-yalnız,
Həp məkrinə uydum sənin, ey qız!
Get! Anladım artıq nə imişsin.
Duydum ki, nasıl fitnə imişsin.
Bir başqa dil-aşüfteyi get, bul!
Keç, get! Sırıtıb durma, kənar ol!
Dəf ol ki, gözüm görməsin əsla,
Yaqdın bəni, ey sıtmalı xulya!
Qarşımda durub titrəmə, ey zill!
Bitdim, daha yoq bəndə təhəmmül.
İnsan nə qədər maili-qəflət!?
Səndən umuyor zevqi-səadət!
Var bir quru hikmət, o da yanlış...
Ümmid ilə guya yaşanırmış!
Bir söz ki: yalan, saçma, xurafat...
Aldanmam o əfsanəyə, heyhat!..

Ey yəs! Sən ey hüzni-sərazad!
Ağuşuma gəl, qıl bəni dilşad!
Ruhimlə bərabər yaşa yalnız,
Gəl qəlbimə gir, ey sarı yıldız.
Yalnız bana ol munisü həmdəm!
Yalnız olayım bən sana məhrəm,
Sevdim səni, ey sevgili dilbər!
Gəl, ağlayalım şimdi bərabər.

Çöhrən mütəvərrim kibi küskün...
Səndən çəkinir hər kəs onunçün.
Dalğın baqışından qaçar insan,
Bilməm nədən etmiş bəni heyran!?
Aləm səni zənn etsə də çirkin,
Lakin bana sor! - bəncə gözəlsin.
Hürr olmaq için xeyli yoruldum,
Eş kəndimə yalnız səni buldum.
Zira sana yar olmayan insan
Zənciri-əsarətdə verir can!
Ruhum irər ülviyyətə səndən,
Sənsiz əzilir, məhv olurum bən.
Qəlbimdə əgər varsa mətanət,
Səndən, yenə səndəndir o qüvvət.

Ümmid ilə insanə gələn hiss,
Ya kizbü riyadır, ya təbəsbüs.
Lakin sana məftun olan əhrar,
Laqeyd olur, ey yari-füsunkar!
Miskin yaşamaz, zülmə tapınmaz,
Rahət nə, səfalət nədir anmaz,

Sənsiz yaşasam, bağrım olur qan,
Qoş, gəl bana, ey rəhbəri-vicdan!
Uç, gəl bana, ey həmdəmi-hissim,
Bir dərbədərim, yoq bir ənisim.
Sənsiz yaşamaq bəncə tənəzzül,
Sənsiz gəbərirsəm o da bir züll...
Gəl, ruhumu güldür də çəkil, get!
Ya qəlbimi yar, parçala, məhv et!..


Tarix: 04.06.2015 / 18:00 Müəllif: Aziza Baxılıb: 159 Bölmə: Hüseyn Cavid
loading...