Xuraman Vəfa → Unudacağam...
Çox peşman olsam da sevmişəm səni,
Sevgini ürəkdən danmağ olmayır.
Ümidin, inamın itənden sonra,
Bir də eşq oduna yanmaq olmayır.
İndi sənin ilə yaşananları,
Bir- bir yada salıb xatırlayıram.
Sənli günlerimin xatirələrin
Ömür kitabında varaqlayıram.
Ən böyük səhvimdir səni sevməyim,
Gərək sənə belə inanmayaydım.
Dərdindən ölürəm deyən dilinə,
Şirin vədlərinə aldanmayaydım.
Nəyləyim, zənnimdə yanılsam da mən,
Birtəhər özümü dilə tutacam.
Bu səvən qəlbimə qara daş basıb,
Səni ürəyimdən silib atacam.
Sonra xəyal qurub xəyallarımla,
Üz – üzə, göz – gözə oturacagam.
Nəcə səvmişdimsə bir zaman səni,
Sevdiyim kimi də unudacağam. Ardı »