Sevgi qədəhini sındıracağam
Səndən mənə ancaq rəsmlər qalıb,
Onu da bu gəcə yandıracağam.
Bir zaman verdiyin bəxt üzüyünü,
Çıxarıb özünə qaytaracağam.
Səni ürəyimdən bır yolluq silib,
eşqimə bir məzar qazdıracağam.
Adını sevdanın qatili qoyub,
ismini daşlara yazdıracağam.
Bir gəcə yarısı gərı dönəndə,
Qapını üzünə bağlayacağam.
Nəcə ürəyimdən vurmusan məni,
Səni də qəlbindən dağlayacağam.
İndi kiminləsən, hardasan bilməm,
Tək onu bilirəm çox – çox pəşmansan.
Hansı məyxanədə gecələsən də,
Qəlbində xəyalən mənə məhmansan.
Düşünmə ayrıldıq, bu son görüşdür,
Mənimlə hələ çox görüşəcəksən.
Unutma bir Vəfa borcun var mənə,
Onu da mənimlə bölüşəcəksən.
Tarix: 04.06.2015 / 17:51 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Xuraman Vəfa
loading...