Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nuranə NurMənə tanışdı....

Mənə tanışdı....

Tanışdı mənə bu gedişin.
Fürsət bildiyin zamanları
boşuna keçirdiyinin fərqində olunca
vermişdin bu getmək qərarını.
Ürək döyüntülərin heca-heca
keşkələrə bölünüb vurunca
anlamışdın əslində getmək istəmədiyini.
Tanışdı mənə bu gedişin,
Aparacaqsan getdiyin yerlərə
geridə buraxdığını sandığın hər şeyi.
Xatirələrini belə,
Sevdiyin bir cüt gözə əmanət edə bilməyib
götürəcəksən özünlə.
Həyatı yenidən öyrənməyə zamanın qalmamış
deyə düşünərək
Gözləmək çətindir, yoxsa darıxmaq
sualına daha cavab axtarmayacaqsan.
Tanışdı mənə bu gedişin
Olan, bitən hər şeyin
və elə bu gedişin də sonuna
gözlə görünməyən nöqtə qoymusan əslində. Ardı »

Nuranə NurYamaq...

Yamaq...

Bir bağlı qapı arxasına söykənib,
Yamağı sökülmüş həyatıma
yeni yamaq vururam.
Tikişlərin gözəlliyinə-
yəni uydurduğum yalanların saflığına
ən çox özüm inanıram.
Mənə ümüd olanlar
hər gün ümüdlərinin yerini dəyişirlər
axşamdan-sabaha
sabahdan-axşama.
Öz eyibinə kor olan hamı kimi
baxıram mən də olanlara.
Dualarıma güvənib,
Günahlarıma sığınıram.
Xəyallarım bir-birinə dost,
Düşüncələrim düşmən olub,
savaşmaqdan yorulmayan.
Bütün bağlı qapılardan keçə bilən
bir zaman var hərəkəti duyulmayan.
Özüylə çox şey daşıyır ,
Kim bilir nələr çəkir,
necə yaşıyır?
Bəlkə ölüm də özünə ölüm istəyir o an.
Bağlı qapı arxasına söykənib
yamağı sökülmüş həyatıma
yeni yamaq vururam.
Yaşamadığım hisslərim bağışlasın məni. Ardı »